Qril Dadı: Tosterdə Tərəvəzli Toyuq Çöp Şiş

Yields: 1 Serving

Manqal etməyi sevənlər üçün asan resept sınamağı təklif edirik. Xüsusi marinadla yumşaq olan toyuqları müxtəlif tərəvəzlərlə bir-bir şişlərə düzün. Sonra, ən asan bişirmə üsullarından biri olan tosterə qoyub yavaş-yavaş bişirin.  Evdar.az qril dadında tosterdə tərəvəzli toyuq çöp şişin reseptini təqdim edir.

Tosterdə Tərəvəzli Toyuq Çöp Şişin tərkibi:

  • 2 ədəd toyuq filesi
  • 3 xörək qaşığı qatıq suyu
  • 2 xörək qaşığı limon suyu
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 2 xörək qaşığı zeytun yağı
  • 2 ədəd uzun bibər
  • 1/2 ədəd soğan
  • 8 ədəd çeri pomidor

Tosterdə Tərəvəzli Toyuq Çöp Şişin hazırlanma qaydası:

Toyuq filesini kiçik kub formasında doğrayın. Bir qabda doğranmış toyuq filesinin üzərinə qatıq suyu, limon suyu, zeytun yağı, sarımsaq və qırmızı bibər tozu əlavə edib qarışdırın. Marinad etdiyiniz ətləri ən azı yarım saatlıq soyuducuya yerləşdirin. Bibər və soğanı toyuqların enində doğrayın. Marine edilmiş toyuq ətini hər birinin arasında bir tərəvəz olaraq çöp şişlərə düzün. Tosteri qril kimi üfüqi şəkildə açıb qızdırın. Üzərinə toyuq şişləri yerləşdirib hər tərəfli qızarana qədər bişirin. Bişmiş toyuq şişləri lavaş, salat və ya düyü ilə isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.