Sobada Tərəvəzli Toyuq

Yields: 1 Serving Difficulty: Medium

“Bu gün nə bişirim?” deyənlər üçün ləzzətli və asan yemək. Evdar.az sobada tərəvəzli toyuq yeməyinin reseptini təqdim edir.

Sobada Tərəvəzli Toyuğun tərkibi:

  • 4 ədəd toyuq budu
  • 2 ədəd kartof
  • 1 ədəd yerkökü
  • 5 ədəd acı bibər (zövqə görə azalda bilərsiniz)
  • 2 diş sarımsaq
  • 3 ədəd çerri pomidor
  • 1 ədəd soğan

Sobada Tərəvəzli Toyuğun hazırlanma qaydası:

İlk öncə kartofların qabığını soyub alma dilimi şəklində doğrayın. Yerkökünü də orta qalınlıqda halqalar şəklində doğrayın. Acı bibərləri də bütöv şəkildə istifadə edə bilərsiniz. Çerri pomidorları da ortadan 2 hissəyə ayırın. Doğradığınız tərəvəzləri tavada az miqdarda maye yağ və duz ilə qovurun. Yüngül qovurduğunuz tərəvəzləri soba sinisinə və odadavamlı şüşə qaba yerləşdirin. Üzərinə toyuq budlarını da düzün. 2 diş sarımsağı doğrayıb tərəvəzlərin üzərinə səpin. Kərə yağını da dilim şəklində toyuqların üstünə yerləşdirin. Yeməyə duz da vurub əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş Olsun!

1 Şərhi

  1. Çox dadlı olacağına əminəm. Bəs bunu adi mal əti ilə etsəm ölümü? Və ya çəkilmiş ətlə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir