Süfrələri Bəzəyən Badamlı Toyuq Dolması

Yields: 1 Serving

Xüsusi günlərdə süfrənizi bəzəyən ləzzətli toyuq dolması hazırlaya bilərsiniz. Evdar.az badamlı toyuq dolmasının reseptini təqdim edir

Tərkibi:

  • 1 ədəd bütöv toyuq
  • 1 stəkan düyü
  • 1 stəkan qabığı soyulmuş badam ləpəsi
  • 1 stəkan su
  • yarım dəstə cəfəri
  • duz, istiot, yamay istiotu
  • 2 ədəd dəfnə yarpağı
  • 1 ədəd darçın çubuğu
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı pomidor sousu
  • yarım stəkan maye yağ

Hazırlanma qaydası:

İlk öncə bütöv bir toyuğu yaxşıca yuyun. Kağız dəsmalla iç və çöl hissəsini quruladıqdan sonra duz, istiotla yaxşıca ovun. Düyünü yuyub 1 xörək qaşığı kərə yağıyla tavada qovurun.Üzərinə 1 stəkan su və duz əlavə edib tavanın qapağı bağlayın. Düyü yüngül diri qalacaq şəkildə biirin. Bişən düyüyə 1 çimdik istiot və ya yamay istiotu əlavə edib qarışdırın. Hazırladığınız düyülü içliyi toyuğun iç hissəsinə doldurun. Təmiz bir iynə və iplik ilə toyuğun açıq qisimlərini tikin. Toyuğun bir neçə yerindən dəliklər açın və toyuğun hər tərəfinə pomidor sousu yaxın. Yandırmayan, yapışdırmayan tavada yarım stəkan duru yağı qızdırın və toyuğu iki tərəfli bir az qızardın. Qızaran toyuğu dərin bir qazana yerləşdirib üzərinə duz, dənə istiot, dənə yamay istiotu, darçın çubuğu, dəfnə yarpağı və üzərini keçəcək qədər isti su əlavə edib orta ocaqda 1,5 saat bişirin. Bişməyini çəngəllə yoxlaya bilərsiniz. Bişən toyuğu qazandan çıxarıb soba sinisinə yerləşdirin. Üzərinə bir çay qaşığı pomidor sousu və 1 çay qaşığı zeytun yağı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Toyuq sobada qızarana qədər tavada qabığı soyulmuş badamları 1 xörək qaşığı zeytun yağında qovurun. Toyuğu süfrəyə verdikdə üzərinə çox xırda doğranmış cəfəri və qovrulmuş badamları səpin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir