Ürək Formasında Romantik Pizza

Yields: 1 Serving

“Kişilərin ürəyinə gedən yol mədəsindən keçər” deyə bir söz vardır. Səhər yeməyində və ya şam yeməyində işdən evə yorğun gələn həyat yoldaşınıza və ya sevdiyiniz insana sürpriz edə bilərsiniz. Bunun üçün özünüz ev şəraitində ürək şəklində romantik bir pizza hazırlaya bilərsiniz. Evdar.az bildiyiniz dairəvi pizzalardan fərqli olaraq ürək şəklində hazırlanan romantik pizzanın reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 1 paket yaş maya
  • 3,5 stəkan un
  • 1 stəkan ilıq su
  • 1,5 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz

Üzəri üçün:

  • ketçup
  • bərk pendir (holland pendiri)
  • kolbasa

Hazırlanma qaydası:

İlk öncə 1 stəkan ilıq suyun içərisinə 1 paket yaş mayanı və şəkər tozunu töküb qarışdırın.Üzərini örtüb 15 dəqiqə kənarda saxlayın. Xəmir yoğurma qabına duz, unun yarısını və mayalı qarışığı əlavə edib yoğurmağa başlayın. Qalan unu da yavaş-yavaş əlavə edərək xəmir yoğurun. Xəmirin üstünü mətbəx dəsmalıyla örtüb mayalanması üçün kənarda saxlayın. Pizza xəmiriniz mayalanıb təxminən 2 qat böyüklüyə çatdıqda təkrar yoğurun və neçə ədəd ürək pizza edəcəksinizsə o qədər kündələrə ayırın. Kündəni dəzgahın üzərində oxlovla nazik yayın və ürək şəklində qəliblə (böyük və ya orta ölçüdə) kəsin.

Romantik ürək pizzanın üzərinə ketçup yaxın. Üzərinə rəndələnmiş holland pendiri yerləşdirin. Nazik dilimlədiyiniz kolbasalardan kiçik ölçülü ürək formalı qəliblərlə ürəklər kəsin. Ürək şəklində kəsdiyiniz kolbasaları da pizzanın üzərinə düzün və əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin. Hazır pizzanı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.