Xamalı Sousda Ləziz Dovşan Yeməyi

Yields: 1 Serving

Pəhriz saxlayanlar yağsız, xolesterinsiz olduğu üçün dovşan ətinə üstünlük verir. Xamalı sousda bişən dovşan yeməyi  ləzzətli pəhriz yeməyidir. Evdar.az zərif dovşan ətinin xamalı sousla birləşməsindən ortaya ləziz yeməyi reseptini təqdim edir.

Tərkibi:

  • 800 qr dovşan əti
  • 2 ədəd soğan
  • 2 ədəd yerkökü
  • 3-4 diş sarımsaq və ya sarımsaq tozu
  • 250-300 ml xama
  • 1 xörək qaşığı un
  • 1 çay qaşığı rozmarin
  • 200 ml su
  • zövqə görə duz, istiot
  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

Dovşanı hissələrə ayırın və qızılı rəng olana qədər bitki yağında qızardın. Qızaran ətləri tavadan götürün. Soğanı yarımhalqa formasında doğrayın. Yerkökünü də halqa formasında dilimləyin. Qazanda və ya qalın divarlı qazanda az miqdarda yağda soğanı yumşalana qədər qovurun. Üzərinə doğranmış yerkökünü də əlavə edib qarışdırın.Qovrulan soğan və yerköküyə sarımsaq və rozmarin əlavə edib 2 dəqiqə qızardın. Dovşan ətlərini də qazana yerləşdirin. Üzərinə su əlavə edib qaynamağa qoyun. Su qaynamağa başladıqda ocağı azaldın. Qazanın qapağını örtüb ətlər yumşalana qədər, təxminən 30-40 dəqiqə bişirin. Yumşalan ətlərə duz, istiot və xama əlavə edib 5-7 dəqiqə bişirin. Daha sonra 1 xörək qaşığı un əlavə edin. Sous qatılaşdıqda yemək hazırdır. Hazır yeməyi süfrəyə düyü və kartof qızartmasıyla verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.