Ən Zərif Bulkalar

Yields: 1 Serving

Səhər yeməyi süfrəsi üçün çayın yanına verəcəyiniz dadlı, zərif və yumşaq bulkalar. Evdar.az ən zərif bulka reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr un
  • 135 ml süd
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı şəkər tozu
  • 1/2 çay qaşığ duz
  • 1 çay qaşığı quru maya
  • 30 qr kərə yağı

Üzərini yağlamaq üçün:

  • 30 qr kərə yağı (əridilmiş)

Hazırlanma qaydası:

İlk öncə südün yarısını isidib, maya və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Qalan südü də isidin. 30 qram kərə yağını bu süddə əridin.1 xörək qaşığı şəkər tozu və yumurta əlavə edib çırpın. Bir qaba unu və duzu ələyin, orta hissəsini açaraq südlü yumurta qarışığını töküb və xəmir yoğurun. Daha sonra südlü mayalı qarışığı da əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb 1,5-2 saatlıq isti yerdə saxlayın. Xəmiri unlanmış dəzgaha qoyub 10 dəqiqə əlinizlə yoğurun. Yoğurduğunuz xəmiri yenidən üzərinə dəsmalla örtüb isti yerdə 1 saatlıq saxlayın. Mayalanan xəmiri unlanmış dəzgahın üzərinə düzbucaqlı şəkildə yayın. Yayılmış xəmiri uzununa yarıba-yarı kəsin, daha sonra 5 sm eninə düzbucaqlı kəsin. Kəsilmiş xəmirləri əridilmiş kərə yağı ilə yağlayıb rulet formasında bükün. Yağlı kağız sərilmiş soba sinisinə rulet fomalı xəmirləri bir-birinin ardınca düzün. Bulkaları 30 dəqiqə saxlayın, üzərinə ərinmiş kərə yağı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Bişən bulkaların üzərinə dəsmal örtün (yumşaq qalsın deyə).

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir