Çuğundur, kartof, yerkökü və tərəvəz bulyonundan hazırlanmış ətirli tərəvəz şorbası üçün əla resept. Evdar.az ətsiz çuğundur şorbasının reseptini təqdim edir.
Tərkibi:
- 1 ədəd çuğundur
- 1 ədəd yerkökü
- 1 ədəd kartof
- 1 ədəd soğan
- 600 ml su və ya tərəvəz bulyonu
- 1 xörək qaşığı xama
- 2 budaq cəfəri
- 2 xörək qaşığı bitki yağı
- duz,istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı xırda doğrayıb yağda qızardın. Kartofu və çuğunduru kub formasında doğrayın. Yerkökünü isə halqa şəklində doğrayın.Qızardılmış soğana doğranmış çuğundur, kartof və yerkökü əlavə edib 3-4 dəqiqə bişirin. Üzərinə bulyonu, duzə və istiotu da əlavə edib qarışdırın. Qazanın qapağını örtüb zəif ocaqda 30-40 dəqiqə bişirin. Ətirli tərəvəz şorbasını dərin kasaya töküb, üzərinə 1/2 xörək qaşığı xama əlavə edin. Üzərinə xırda doğranmış cəfəri səpib süfrəyə verin. Şorbaya xama əlavə etmədikdə şorba yağsız alınacaq.
Nuş Olsun!