Heç düşünmüsünüz ki, yumurta sarısının rəngi necə olmalıdır? Yumurtanın rəngini nə müəyyənləşdirir? Evdar.az yumurta sarısı haqqında araşdırmanı təqdim edir.
Yumurta, ən bəsləyici qidalar siyahısında birinci yeri tutmağı bacaran əsas qidalarımızdan biridir. Ana südündən sonra ən qiymətli qida olan yumurtanı alarkən istehsal şərtlərinə, sonra isə evdə saxlanma şəraitinə diqqət yetirməliyik. Bundan əlavə, yumurtanın sarı rənginin necə olması müzakirə mövzusu olaraq qarşımıza çıxır.
Təxminən 100 il əvvəl elm adamları yumurta sarısının rənginin tərkibindəki karotenoidlərin sayına görə müəyyən edildiyini kəşf etdilər. Bunlar A vitamininin əmələ gəlməsinə, sümüklərimizin inkişafına kömək edən antioksidantlardır. Nəticədə sarısının rəngi nə qədər zəngin olarsa, orqanizmimiz üçün bir o qədər faydalıdır.
Bəs Yumurta Sarısının Rəngi Necə Olmalıdır?
Yumurtanın sarısının rəngi birbaşa toyuqların necə qidalandığından asılıdır. O, yalnız taxıl əsaslı qidalanırsa, sarısı solğun olacaq.
Toyuq qarğıdalı, bitkilər və həşəratlarla qidalanırsa, sarısı daha çox narıncı və çalarları ehtiva edəcəkdir. Bəzi böyük yumurta təsərrüfatları məhsullarının keyfiyyətini müəyyən etmək üçün hətta 15 müxtəlif sarı-narıncı çalarları olan xüsusi tərəzidən istifadə edirlər.
Ümumiyyətlə, parlaq portağal sarısı olan yumurtaları istehlak etmək daha yaxşıdır. Təəssüf ki, günümüzdə istifadə edilən piqmentasiya kimyəvi maddələri olan süni yemlərlə tünd rəng əldə etmək mümkündür. Lakin bu şəkildə bəslənən toyuqların yumurta sarısı qeyri-təbii tünd qırmızımtıl rəngdədir. Bu səbəbdən yumurtanın sarı hissəsinin rənginin çox tünd olmamasına diqqət yetirilməli və qırmızıya yaxın olan sarısının sağlam olmadığı bilinməlidir.
Bəzi solğun sarılar da mövsümi dəyişikliklərin nəticəsi ola bilər. Qışda adətən toyuqlara az miqdarda yem verildiyi üçün sarısı solğunlaşır. Ancaq əksər hallarda solğun rəng keyfiyyətsiz yumurtaları göstərir və onları istehsal edən toyuqların qeyri-sağlam olduğunu göstərir. Bu növ yumurta sizə lazımi miqdarda sağlam qidalar verməyəcək.
Yumurta qutularının üzərindəki yazıları oxuyaraq həmişə yumurtaların keyfiyyətini yoxlamalısınız. Əlavə sintetik rənglərin mövcudluğuna diqqət yetirin. Yumurtaları yalnız etibarlı və toyuqların yaxşı vəziyyətdə saxlandığı yerlərdən alın.
Yumurtayla bağlı aşağıdakı məqalələri oxuya bilərsiniz..
Yumurta Neçə Dəqiqə Qaynadılmalıdır?
Yumurtanı Qaynatdığınız Suya Limon Qoysanız… Bu Üsul Əvəzolunmaz Olacaq