Faydalı Koronavirus (COVID-19) Sağlamlıq Haqqında

Omicrona Yoluxmamaq Üçün Bunları Edin!

Koronavirusun mutasiyaya uğramış versiyası Omicron, koronavirusdan daha sürətli yoluxur və immunitet sistemini zəiflədə bilər. Bəs, immuniteti necə gücləndirmək, necə qidalandırmaq, bu virusa yoluxmamaq üçün nə etmək lazımdır?

Azərbaycanda da aşkarlanan Omicron variantı bütün dünyaya yayılmağa davam edir. Omicron yeni koronavirus mutasiyasıdır. Təkcə omikron variantından deyil, digər virus və xəstəliklərdən də qorunmağın ən təsirli yolu immunitet sistemini gücləndirməkdir. İmmunitet sistemi orqanizmi xəstəliklərə qarşı qoruyur və virus və bakteriya kimi zərərli mikroorqanizmlərin bədənimizə daxil olmasının qarşısını alır. İmmuniteti gücləndirən faydalı qidalar orqanizmə xəstəliklərin öhdəsindən gəlməyə kömək edir. Bəs biz Omicron da daxil olmaqla virus və mikroblardan qorunmaq üçün nə yeyib içməliyik? İmmuniteti gücləndirmək üçün tətbiq edə biləcəyiniz təsirli üsullar bunlardır:

D VİTAMİNİ QƏBUL EDİN

Bədəndə ən çox çatışmayan vitaminlərdən biri də D vitaminidir. D vitamini əskik olduqda immunitet zəifləyir və bu, koronavirus kimi xəstəliklərə yol açır. Məşhur türk kardioloq professor doktor Canan Karatay bildirir ki, D vitamini səviyyəsi 100-dən aşağı olmamalıdır. Tərkibində D vitamini olan qidaları gündəlik qida rasionunuza əlavə etməklə bədəninizdəki D vitamini nisbətini artıra bilərsiniz. D vitamini alabalıq, qızılbalıq, ton balığı, skumbriya, yumurta, süd, yağ, pendir, göbələk və dənli qidalarda olur. D vitamini ehtiyacını ödəmək üçün bu qidalar müntəzəm və bol istifadə edilməlidir. Həkiminizin razılığını aldıqdan sonra apteklərdə satılan D vitamini əlavələrini də qəbul edə bilərsiniz.

TƏRKİBİNDƏ C VİTAMİNİ OLAN QİDALAR YEYİN

Vitaminlər balanslaşdırılmış pəhrizin bir hissəsi kimi immunitet sistemini gücləndirməyə kömək edir. C vitamini immunitet sistemini güclü saxlamaqda çox mühüm rol oynayır. C vitamini bədənin müdafiə sistemini dəstəkləyir. Qrip, soyuqdəymə kimi xəstəliklərdən və Omicron kimi viruslardan qoruyur. Həm orqanizmin müqavimətini artırır, həm də toksinlərin orqanizmdən çıxarılmasını təmin edir.

Naringi, portağal, qreypfrut, papaya və kivi kimi qış meyvələri, bolqar bibəri, brokoli, noxud, cəfəri, brüssel kələmi, ispanaq kimi tərəvəzlər C vitamini ilə zəngin qidalardır. Gündəlik C vitamini ehtiyacını qarşılamaq üçün bu qidaları mütəmadi olaraq qəbul etmək və ya həkimin icazəsi ilə C vitamini əlavəsi qəbul etmək lazımdır.

İMMUNİTETİ GÜCLƏNDİRƏN BİTKİ ÇAYLARI İÇİN

İmmunitet sistemi bədəni viruslara qarşı qoruyan müdafiə qalxanıdır. Yaxşı işləyən immunitet sistemi OmiCron kimi viruslarla daha asan mübarizə aparır. Xüsusilə mövsümi keçidlər zamanı zəifləmiş immunitet üçün orqanizmin müqavimətini artıran bitki çaylarını istifadə etmək lazımdır. Bəs, həm ləzzətli, həm də faydalı bitki çayı ilə immunitetinizi artırmağa nə deyirsiniz? Professor Dr. İbrahim Saraçoğlunun immunitet sistemini gücləndirən bitki çayının resepti:

hər biri 50 qram;

Şüşə qabda mixək, kəklikotu, çobanyastığı, cökə, dərman alpiniyası və darçın qarışdırın. Daha sonra qarışdırılmış qidaları xırda doğrayın və eyni kütləli hala gətirin. 2 stəkan suyu qaynadın və bu xüsusi qarışımdan 1 çay qaşığı suya əlavə edin. Çaydanın qapağını bağlayın və təxminən 7-8 dəqiqə qaynadın. Qızdırıldıqdan sonra bir stəkana süzüb için.

Vacib Qeyd: İmmuniteti gücləndirən bu xüsusi qarışıq çayını gündə 1-2 dəfə içə bilərsiniz.

İMMUNİTETİ GÜCLƏNDİRƏN QİDALARDAN İSTİFADƏ EDİN

İmmuniteti gücləndirmək dedikdə ağlımıza ilk gələn sağlam qidalanmadır. İmmuniteti gücləndirən qidalar sağlam həyat sürməkdə və Omicron kimi koronavirus mutasiyalarından qorunmaqda mühüm rol oynayır. Tərəvəz və meyvələrdə olan vitaminlər, minerallar və antioksidantlar orqanizmin müqavimətini artırır. Bəs güclü immun sistemi üçün hansı qidaları istifadə etməliyik?

Evdar.az immuniteti gücləndirən qidaları təqdim edir.

İmmunitet Sistemini Gücləndirən TƏRƏVƏZLƏR

  • brokoli
  • kələm
  • gül kələm
  • ispanaq
  • kərəviz
  • zəncəfil
  • lobya
  • turp
  • göbələklər
  • çuğundur
  • qırmızı kələm
  • sarımsaq
  • soğan

İmmunitet Sistemini Gücləndirən MEYVƏLƏR

  • banan
  • naringi
  • portağal
  • kivi
  • heyva
  • nar
  • üzüm
  • moruq
  • qaragilə

İmmunitet Sisemini Gücləndirən ÇƏRƏZLƏR

  • badam
  • fındıq
  • fıstıq
  • qoz
  • keşyu
  • balqabaq və günəbaxan tumu
  • üzüm qurusu
  • ərik qurusu
  • gavalı qurusu

SARIMSAĞI UNUTMAYIN!

Sarımsağın tərkibində immunitet sistemini dəstəkləyən antioksidanlar var. Sarımsağın tərkibindəki “allisin” həm antibakterial, həm də virus əleyhinə təsir göstərir. Bu sayədə immunitet sistemini dəstəkləyir və bir çox xəstəliklərin yaranmasının qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.