Faydalı Faydalı Məsləhətlər

Viruslara Qarşı Göyərtilər Necə Yuyulmalıdır?

Göyərtini yumağın ən düzgün yolu..

Marketdən və ya bazardan alınan göyərtiləri yumazdan əvvəl kökləri mütləq kəsilməlidir. Göyərtiləri ilk əvvəl gözlə görünməyən mikroblardan və bakteriyalardan təmizləmək lazımdır. Bunun üçün 1/3 nisbətində hazırlanmış sirkəli və ya limonlu suyun içərisinə qoyulan göyərtilər ən az 10 dəqiqə bu suyun içərisinə saxlanılmalıdır. Göyərtiləri limonlu və ya sirkəli suda saxlanma müddəti 15 dəqiqəni keçməməlidir, əks təqdirdə C vitaminiylə zəngin olan göyərtilər vitamin dəyərini itirər.

Sirkəli və ya limonlu suyun içərisində saxlanılan göyərtiləri arasında qalmış toz, qum və çirklərdən təmizləmək üçün yavaşca axar suyun altında yarpaqları səliqəli yumaq lazımdır. Bu proseslər düzgün şəkildə edilmədikdə insanlara virus və ya parazitlər bulaşır. Bu da insanların xəstələnməsinə gətirib çıxarır.

Yumaq prosesi bitən göyərtilər, tamamilə qumdan və tozdan təmizləndikdən əmin olduqdan sonra qurudulma prosesinə keçilir. Yaxşı yuyulmuş göyərtiləri altına kağız dəsmal sərilmiş dərin bir qab içərisinə qoyub qapağını möhkəm bağlayın. Göyərtilər belə iki həftə ərzində təzə şəkildə saxlanıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir