Faydalı Faydalı Məsləhətlər

Yeməyin Acılığını Azaltmaq Üçün 7 Üsul

Yeməyə dad qatmaq üçün əlavə etdiyiniz acı bibər çox olduqda yemək yeyiləsi olmur. Acı olan yeməyin ziyan olmaması üçün bu vəziyyətdə nə etmək olar? Evdar.az yeməyin acılığını azaltmaq üçün tətbiq edə biləcəyiniz bir neçə üsulu təqdim edir.

Maye Yağ

Acı olan şorbanı qurtarmağın yolu maye yağdan keçir. Bir stəkanın yarısını maye yağ ilə doldurun və şorbaya əlavə edin. Yağ şorbanın üzərinə çıxdıqda bir qaşıq köməyiylə onu götürün. Acı dad yağla birlikdə gedəcək.

Limon Suyu

Acısı çox olan yeməyin dadını tarazlamaq və acılığı azaltmaq üçün limon istifadə edə bilərsiniz. Çay stəkanının dörddə birinə limon suyu sıxın. Bişən yeməyinizə limon suyunu əlavə edərək yeməyin dadını dəyişə bilərsiniz.

Kartof

Duzlu və yağlı yeməkləri xilas edən kartofu çox acı olan yeməklərdə də istifadə edə bilərsiniz. Bir ədəd kartofu ya da qazanın böyüklüyünə görə bir neçə kartofu bir neçə hissələrə bölün və yeməyin içərisinə alın. Kartof acılığı özünə çəkəcək . Yemək bişdikdən sonra kartofları götürə bilərsiniz.

Düyü

Bir başqa qurtarıcımız isə düyüdür. Bir fincan düyünü 10 dəqiqə isti suda saxlayın. Saxladığınız düyünü yeməyə ya da şorbaya qataraq acılığını çəkə bilərsiniz.

Qaymaq

Əgər yeməyiniz ədviyyatlı souslarla hazırlanırsa içərisinə qaymaq əlavə edə bilərsiniz. Bu miqdarın yeməyin dadını pozmayacaq konsistensiyada olmasına diqqət edin..

Yerkökü

Yeməyin uyğunluğuna görə acılığı azaltmaq üçün yerköküdən istifadə edə bilərsiniz. Şəkərli bir tərəvəz olan yerkökünü kub-kub doğrayıb yeməyə əlavə etdikdə acı dadı tarazlaşdıracaq.

Bal

Bal hər yemək üçün uyğun olmasa da daha çox turş ya da acı-şirin yeməklər üçün bir xilasedici ola bilər. Bişmiş yeməyə az-az bir miqdar bal əlavə edin və qarışdırın. Ancaq balı çay qaşığıyla tökün, yoxsa acı yeməyi çox şirin edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir