Ağızda Dağılan Nəfis Təam – Sobada Quzu Yeməyi

Yields: 1 Serving

Quzu bədəndəki metabolik reaksiyalar üçün zəruri olan B vitaminlərinin ən böyük mənbəyidir. Gündəlik B12 vitamini ehtiyacının 100% -dən çoxunu ödəyən quzu tiaminin ən yaxşı mənbəyidir. B12 vitamininin ən zəngin mənbəyi olan quzu əti, qırmızı qan hüceyrələrinin istehsalını təşviq edir və anemiyanın qarşısını alır. Faydalı quzu ətindən dadlı, şirəli, yumşaq, ağızda əriyən yemək hazırlaya biləriniz. Evdar.az sobada quzu ətindən dadlı yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • quzu əti

Marinə etmək üçün:

  • nar turşusu
  • bitki yağı
  • duz, istiot,qırmızı bibər tozu

Hazırlanma qaydası:

İstədiyiniz ölçüdə və qədərdə doğranmış quzu ətini yuyub suyunu süzün. Bir qabda nar turşusu,bitki yağı, duz, istiot və bibər tozunu qarışdırın. Üzərinə quzu ətini töküb yaxşıca bulayaraq qarışdırın. Qabın üzərinə streç salafan keçirib 2-3 saatlıq marinə olunması üçün soyuducuya yerləşdirin. Daha sonra dəzgahın üzərinə yağlı kağız sərin və marinə olunmuş ətləri kağızın orta hissəsinə yerləşdirib kağızı bükün. Daha sonra folqaya büküb siniyə yerləşdirin və əvvəlcədən 140-150 dərəcə qızdırılmış sobada 3 saat bişirin. Süfrəyə verdikdə üzərini halqa doğranmış soğan və göyərti, sumaqla bəzəyib verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir