Plombir mürəbbəsi və ya Plombir Dondurma deserti- məşhur “plombir” dondurmasının zərif və kremli dadını xatırladan xüsusi bir desertdir. Əgər çay süfrəniz üçün klassik mürəbbələrdən fərqli bir ləzzət axtarırsınızsa, bu resept tam sizə görədir. Üstəlik, satışda kifayət qədər baha qiymətə təklif olunan plombir mürəbbəsini ev şəraitində hazırlayaraq həm büdcənizə qənaət edə, həm də süfrənizə yadda qalan bir dad qata bilərsiniz. Evdar.az kafelərdə çayın yanında verilən plombir mürəbbəsinin reseptini təqdim edir.
Kafelərdə Çayın Yanında Verilən Dad
Plombir Mürəbbəsinin tərkibi:
- 2 ədəd plombir dondurma
- 1 paket qaymaq
- 1 banka qatılaşdırılmış süd
- hazır vafli korju
Plombir Mürəbbəsinin hazırlanma qaydası:
Dərin bir qaba 2 ədəd dondurma, 1 paket qaymaq və 1 banka qatılaşdırılmış süd əlavə edib tel çırpıcıyla və mikserlə yaxşıca çırpın. Üzərinə hazır vafli korjunun 2 ədədini xırdalayıb əlavə edin. Qarışdırıb bankalara bölüşdürün. Plombir desertini 2 saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!
