Kəlbəcər Mətbəxinin Ləziz Yeməyi – Qurqut

Kəlbəcər Mətbəxinin Ləziz Yeməyi - Qurqut
Yields: 1 Serving

Qarabağ mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir. Qarabağlıların qida rasionunda balıq yeməkləri əsas rol oynayır. Qarabağ mətbəxində yalnız şirin su, çay və göl balığı istifadə olunur. Balıq əsasən suda bişmiş və qızardılmış halda yeyilir.

Qarabağın göl və çay ətrafında olan bəzi rayonlarının mətbəxində çox az sayda mürəkkəb balıq yeməkləri var. Bunlardan biri də Qurqut yeməyidir. Evdar.az Kəlbəcərin ən dadlı yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd çay foreli
  • 2 ədəd qırmızı soğan
  • 2 ədəd pomidor
  • 3 ədəd bibər (yaşıl, qırmızı və acı bibər)
  • 4 diş sarımsaq
  • 2 xörək qaşığı alça turşusu
  • 50 qr zoğal axtası
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə pomidorun qabığını soyub kiçik kub formasında doğrayın. Bibərləri və soğanı da kiçik kub formasında doğrayın. Sarımsağı da xırdalayın. Tavada yağda xırda doğranmış bibərləri və soğanı yüngül qovurun. Üzərinə sarımsağı da əlavə edib qovurun. Pomidorları da əlavə edib qarşdırın. Duz və istiotu da zövqə görə əlavə edin. Alça turşusunu da əlavə edib 1-2 dəqiqə qarışdıraraq qovurun və ocaqdan götürün. Çay forelini yuyub kağız dəsmalla qurulayın. Balığın bel hissəsindən kəsib yuva kimi açın və duzlayın. Balıqları sobaya qoya biləcəyiniz tavaya yerləşdirin. Qovurduğunuz içliyi kəsdiyiniz balıqların içərisinə bölüşdürün. İçliklə doldurulmuş balığı əvvəlcədən qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Və ya duzlanmış balığı içliklə doldurub, bir az su və kərə yağı əlavə edib zəif ocaqda 30-40 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir