Nənələrin Çaylı Keksi

Yields: 1 Serving

Keks çay süfrələrinin ən ləzzətli şirniyyatlarındandır. Keksin bir çox növləri var, ancaq keçmişdən bu günədək  məşhurluğunu itirməyən bir keks varsa o da çaylı keksdir. Evdar.az çaylı keksin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkandan 2 barmaq az günəbaxan yağı
  • 1 stəkandan 2 barmaq az dəmlənmiş çay
  • 1 stəkandan 2 barmaq az un
  • 1/4 stəkan kakao
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Üzərinə günəbaxan yağı və dəmlədiyiniz çayı əlavə edib çırpmağa davam edin. Un, kakao, qabartma tozu və vanili ələyərək qarışığa əlavə edin. Taxta qaşıq və ya bir spatula köməyiylə ehtiyyatla qarışdırın. Baton keks qəlibini yağlayın və çırpdığınız kütləni qəlibə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən keksi sobadan götürüb soyudun. Soyuyan keksin üzərinə şokoladlı qanaj yaxa bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir