Naxçıvanın Ləziz Çöçəsi

Yields: 1 Serving

Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bunlardan biri dadlı Naxçıvan çöçəsidir. Evdar.az Naxçıvanın ləziz çöçəsinin reseptini təqdim edir.

Xəmiri üçün:

  • 1 paket (2 1⁄4 çay qaşığı) aktiv quru maya
  • 1 stəkan ilıq süd (40º–43ºC)
  • 6 stəkan un
  • 1 xörək qaşığı duz
  • 200 qr ərinmiş, ayranından təmizlənmiş yağ
  • 1 stəkan qatıq
  • 2 ədəd yumurta ( otaq temperaturunda)

İçlik üçün:

  • 4 xörək qaşığı ərinmiş yağ
  • 2 ədəd orta ölçülü soğan
  • 2 stəkan qoz
  • 1⁄4 çay qaşığı sarıkök
  • 1⁄2 çay qaşığı yaxud zövqə görə duz
  • zövqə görə istiot

Üzəri üçün:

  • 2 ədəd yumurta sarısı
  • sarıkök

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün kiçik bir dərin qabda mayanı ilıq suda həll edib 10 dəqiqə saxlayın. Unu dərin bir qaba ələyin. Duz əlavə edib yaxşıca qarışdırın. Unun orta hissəsində çuxur düzəldib  maya qarışığını, yağı, qatığı və yumurtaları əlavə edin. Eynicinsli kütlə alınana qədər əlinizlə qarışdırın. Xəmiri yüngülcə unlanmış masanın üzərinə qoyun və tam elastik və təqribən 10 dəqiqə, yumşaq xəmir halına gələnə qədər yoğurun. Xəmiri yenidən dəzgahın üzərinə yerləşdirin, üzərini çay dəsmalı yaxud da streçlə örtün. Xəmiri saat yarımlığına isti yerdə həcmi iki dəfə artana qədər mayalanmağa qoyun. Xəmir qabarıb barmaqla toxunanda yupyumşaq olmalıdır. Xəmir gələnə qədər içliyi hazırlayın.

İçliyi hazırlamaq üçün orta ölçülü tavada yağı qızdırın. Xırda doğranmış soğanı əlavə edib 10 dəqiqə tez-tez qarışdıraraq, rəngi açıq qəhvəyi olana qədər bişirin. Ocaqdan götürüb soyumağa qoyun. Xırda əzilmiş qoz ləpəsi, sarıkök, duz və istiot əlavə edin. Yaxşıca qarışdırıb kənara qoyun. Sobanı 190ºC dərəcəyə qədər qızdırın. İki soba listinə perqament kağızı döşəyin. Xəmiri hər biri yumurta boyda olan 25 yumru kündəyə ayırın. Bir kündə ilə işlədiyiniz zaman o biri kündələrin üstünü çay dəsmalı ilə örtün ki, qurumasın. İndi isə siz aşağıdakı üsullardan biri ilə kökələrinizin içini doldura bilərsiniz:

Dəyirmi kökələr üçün: kündəni bir ovcunuzda tutaraq o biri əlinizlə onu yastılayın. Orta hissəsinə təpələmə bir qaşıq içlik qoyub kənarlarını birləşdirərək içliyin üstünü örtün. İndi isə əlinizdəki içi doldurulmuş kürəciyi oxlovun köməyilə ehtiyatla 9 santimetrlik disk formasında yayın. Bərk basıb kökəni həddindən çox yastılamayın.

Aypara şəkilli kökə üçün: Kündəni bir ovcunuzda tutub digər əlinizlə yastılayın və kənarlara doğru yüngülcə yayın, diametri 9-10 sm olmalıdır. Bir yarısına təpələmə bir çay qaşığı içlikdən qoyun. Digər tərəflə üstünü örtün və kənarlarını bərkidin. Daha sonra baş və işarə barmaqlarınızın köməyinə kökələri şəkərbura kimi bükün. Kökələri aralarında 5 sm məsafə qoymaqla yağlı kağız sərilmiş siniyi yerləşdirin. Çəngəlin arxası ilə paralel xətli naxış qoyun. Üzərini üç yerdən çəngəllə deşin. Bu, bişmə zamanı yaranan buğun çıxması üçündür. Kökələrin üzərinə sarıköklə qarışdırılmış yumurta sarısı yaxın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə, qızılı rəng alana qədər bişirin. Vaxtın tən yarısında listlərin yerini dəyişin. Çöçələri təndirdə də bişirə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir