Qlutensiz Qidalananlar Üçün Ləzzətli Bulka

Yields: 1 Serving

Səhər yeməyi süfrəsinə ləzzətli və yüngül pendirli bulka hazırlaya bilərsiniz. Evdar.az tez hazırlaya biləcəyiniz düyü unu ilə pendirli bulka reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 180 qr kəsmik
  • 1 ədəd yumurta
  • 120 qr düyü və qarğıdalı unu
  • çimdik duz
  • 1/2 çay qaşığı soda

İçlik üçün:

  • ağ pendir( və ya zövqünüzə görə istədiyiniz pendir istifadə edə bilərsiniz)

Üzəri üçün:

  • yumurta sarısı
  • küncüt və ya qara çörəkotu

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda kəsmiyi çəngəllə əzin. Üzərinə yumurta əlavə edib qarışdırın. Düyü unu və qarğıdalı ununu yarı-yarıya töküb qarışdırın. Kəsmikli qarışığın üzərinə unlu qarışığı, duz və sodanı töküb xəmir yoğurun.
İçliyi hazırlamaq üçün pendiri əzin. Xəmirdən kiçik kündələr qoparıb yuvarlayın. Hər bir kündəyə pendir qoyub bükün. Bu qaydayla bütün kündələri içliklə doldurun. Üzərinə çırpılmış yumurta sarısı yaxıb küncüt və ya çörək otu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir