Qoxusuyla Məst Edəcək Portağallı Çizkeyk

Yields: 1 Serving Difficulty: Medium

Qış mövsümü üçün ləzzəti və qoxusu ilə sizi məst edəcək bir desert. C vitamini baxımından zəngin bu dadlı deserti çay süfrənizə təqdim edərək qonaqlarınızı təəccübləndirə bilərsiniz. Evdar.az qoxusuyla məst edəcək çizkeykin reseptini təqdim edir.

Tərkibi:

Alt qatı üçün:

  • 1 paket Petite Beure peçenyesi
  • 1 çay qaşığı darçın
  • 150 qr yağ

Orta qat sufle üçün:

  • 500 qr kəsmik
  • 4 ədəd yumurta
  • 200 ml qaymaq
  • 200 ml süd
  • 200 qr şəkər tozu
  • 1 paket vanil
  • 3 xörək qaşığı nişasta
  • 2 dolu xörək qaşığı un
  • 1 xörək qaşığı portağal qabığı rəndəsi

Üst qat üçün:

  • 2 xörək qaşığı nişasta
  • 2 stəkan su
  • 1 ədəd portağal suyu
  • 1 xörək qaşığı portağal qabığı rəndəsi
  • 170 qr şəkər tozu

Rəng vermək üçün bir az sarıkök və ya sarı rəng qida boyası

Hazırlanma qaydası:

İlk öncə peçenyeni əzin və ya mətbəx robotuyla toz halına gətirin. Bir qabda xırdalanmış peçenye, darçın və ərinmiş yağ töküb qarışdırın. Kənarı açılan dairəvi qəlibin ətrafını folqa kağızıyla bükün. Hazırladığınız peçenye qarışığını qəlibin hər tərəfinə bərabər şəkildə yayıb üstündən basaraq bərkidin. Orta qat sufleni hazırlamaq üçün bir qabda kəsmik, şəkər tozu, qaymaq, vanil, nişasta, un və portagal qabığı elave edib mikserle qarışdırın.Yumurtaları da bir-bir əlavə edib qarışdırın. Bu kütləni peçenyenin üzərinə yayın. Qəlibi əvvəlcədən 170 dərəcə qızdırılmış sobaya yerləşdirib bişirin.

Alt qatı hazırlamaq üçün balaca qazana 2 stəkan su, portagal suyu, şəkər tozu və nişastanı əlavə edib yüngül qatılaşanadək bişirin. Çizkeyk bişdikdə sobadan götürün. Üzərinə hazırladığınız portağallı qarışığı yayıb soyuması üçün kənara qoyun. Soyuduqdan sonra poftağallı çizkeyki dilimləyib süfərəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir