Qrip Və Soyuqdəymənin Qarşısını Alan Sehirli Yoqa Çayı

Yields: 1 Serving

Soyuqdəymə və qrip əlamətlərindən qurtulmağa, rahatlamağa və gumrahlaşmağa mükəmməl kömək edən ləzzətli çay resepti təqdim edirik. Bu çayı yatmazdan əvvəl dəmləməyi məsləhət görürük. Ədviyyalı aromatik içki sizi isidəcək və rahatlıq hissi verəcəkdir. Evdar.az sehirli yoqa çayın reseptini təqdim edir.

Tərkibi:

  • 600 ml su
  • 1 çay qaşığı darçın tozu
  • 7 dənə hil
  • 9 dənə mixək
  • ¼ çay qaşığı sarıkök
  • 1 çay qaşığı zəncəfil tozu
  • zövqə görə bal
  • 200 ml süd
  • 1 stəkan çay üçün 1 çay qaşığı əridilmiş kərə yağı

Hazırlanma qaydası:

İlk öncə hili həvəngdəstəylə yüngül əzin. Kiçik bir qazançaya soyuq suyu tökün. Üzərinə bütün ədviyyatları əlavə edin. Qazançanı 15 dəqiqəlik zəif ocağa qoyun. İnanılmaz bir qoxu otağı bürüyəcək. Daha sonra üzərinə süd əlavə edib zəif ocaqda qaynadın. Qaynamağa başladıqda ocaqdan götürün. Hazır içkini bir tənzifdən keçirin və stəkana süzün. Üzərinə 1 çay qaşığı əridilmiş kərə yağı əlavə edin. Bu sehirli içkini isti halda için! Zövqə görə balla içə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir