Tavada Dadlı Mars Tortu

Yields: 1 Serving

Mars şokoladının dadı ilə, sizi və uşaqlarınızı sevindirəcək çox asan hazırlanan tavada “Mars” tortu. Evdar.az  dadından doymayacağınız tavada hazırlanan “Mars” tortunun reseptini təqdim edir.

Tərkibi:

Korjlar üçün:

  • 1 banka qatılaşdırılmış süd
  • 1 stəkan un
  • 2 ədəd yumurta
  • 1 çay qaşığı uksusda söndürülmüş soda
  • 3 xörək qaşığı kakao

Kremi üçün:

  • 1 litr 33%-lik qaymaq
  • 4 ədəd Mars şokoladı
  • 100 qr kərə yağı

Hazırlanma qaydası:

Korjları hazırlamaq üçün yumurtaları bir qabda mikserlə (və ya tel çırpıcıyla) çırpın.Üzərinə 1 banka qatılaşdırılmış süd əlavə edib çırpmağa davam edin. Uksusda söndürülmüş sodanı da əlavə edib qarışdırın. Kakao və unu töküb çox yumşaq xəmir yoğurun. Xəmirdən 5 korj üçün kündələr ayırın. Quru tavanı ocağa qoyub qızdırın. Kündədən hündürlüyü 5 sm olan korj yayın və tavaya qoyun. Qapağı bağlı təxminən 3 dəqiqə üzəri qızılı rəng alanadək bişirin. Eyni qayda ilə qalan kündələri də bişirin.

Kremi hazırlamaq üçün 33%-lik qaymağı isidin (qaynatmayın!). İsti qaymağa Mars şokoladlarını xırdalayıb tökün. Əriməsini gözləyin və yaxşıca qarışdırın.Soyuması üçün kənara qoyun. Soyuyan qaymaqlı kütləni mikserlə çırpın. Üzərinə tədricən otaq temperaturunda yunşaldılmış kərə yağını əlavə edib çırpmağa davam edin. Krem hazırdır.

Korjları kremləyərək üst-üstə düzün və üzərini zövqə görə bəzəyin.Tortu bir neçə saatlıq kənarda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir