Vitamin Deposu Şabalıd Şorbası

Yields: 1 Serving

Soyuq havada sizi isidəcək və xoş qoxusuyla da hər kəsi süfrəyə yığacaq şabalıd şorbası hazırlaya bilərsiniz. Evdar.az vitamin və mineral deposu , bol lif qaynağı olan şabalıddan hazırlanan şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr şabalıd
  • 1.5 litr toyuq bulyonu
  • 1 ədəd soğan
  • 9-10 budaq cəfəri
  • 125 ml qaymaq
  • 2 dənə mixək
  • 1 ədəd dəfnə yarpağı
  • 1/2 xörək qaşığı şəkər tozu
  • 3 xörək qaşığı günəbaxan yağı
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə şabalıdlara bıçaqla bir kəsiklər atın və 220 dərəcə qızdırılmış sobada qabıqları soyulana qədər təxminən 20 dəqiqə bişirin. Soyuduqdan sonra şabalıdların qabıqlarını soyun. Şabalıdı bişirməyin ən asan yollarını bu məqalədən oxuya bilərsiniz. Xırda doğranmış soğanı günəbaxan yağında qovurun. Üzərinə şabalıdları və toyuq bulyonunu əlavə edin. Daha sonra mixək , xırda doğranmış cəfəri, şəkər tozu və dəfnə yarpağını da əlavə edin. Şabalıdlar tamamilə yumşalana qədər zəif ocaqda 40 dəqiqə bişirin. Şorbanı mətbəx robotuna tökün, üzərinə qaymağı da əlavə edib püre halına gələnədək qarışdırın. Duz və istiot əlavə edib qarışdırın. Konsistensiyası qatı olduqda bir az su əlavə edə bilərsiniz. Üzərinə xırda doğranmış cəfəri səpib isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

2 Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir