Xəstəlikləri Yox Edən Hil Çayı

Yields: 1 Serving

Dünyanın ən bahalı ədviyyatlarından biri olan hil, kəskin aromatik qoxusuyla yeməklərin və içkilərin ləzzətinə ləzzət qatmasından əlavə əhəmiyyətli faydaları da var.

Evdar.az xətəlikləri yox edən hil çayının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 1 xörək qaşığı üyüdülmüş hil
  • 1 xörək qaşığı rəndələnmiş təzə zəncəfil
  • 1 ədəd darçın çubuğu
  • 4-5 ədəd dənə istiot
  • 2,5 stəkan su

Hazırlanma qaydası:

2,5 stəkan qaynanmış suyun içərisinə 1 xörək qaşığı üyüdülmüş hil töküb qarışdırın. Üzərinə təzə zəncəfil, darçın çubuğu və dənə istiot əlavə edib ocaqda 5 dəqiqə qaynadın. Ocaqdan götürüb 15 dəqiqə kənarda dəm alması üçün gözlədin. Hazırladığınız bu çaya toxluq hissinin artırması üçün 1 stəkan yağsız süd əlavə edə bilərsiniz.

Hil Çayının İstifadə Qaydası

Hil çayını gündə üç dəfə bir stəkan içmək tövsiyyə olunur. Əgər köp problemi və iştah açmaq üçün istifadə edəcəksinizsə yeməkdən yarım saat əvvəl içilməlidir.

Hil Çayının Faydaları Nələrdir?

  • Diş və diş əti problemlərinin aradan qaldırılmasında köməkçidir. Ağızdakı mikrobları azaldaraq diş çürüməsi, diş əti qanamaları və ağız qoxusu kimi problemləri azaldır. Hindistanda bu xüsusiyyətinə görə toxumları çiynəyərək istifadə olunur. Hilin toxumları isti suda dəmlənib hazırlanan qarqara ilə ağızı yaxalamaq da nəfəsi rahatlaşdırır və ağız sağlamlığını qorumağa köməkçi olur.
  • Hil yüksək sidik qovucu xüsusiyyətə malikdir. Nizamlı olaraq hildən istifadə etmək böyrək, sidik kisəsi və sidik problemləri kimi narahatlıqları aradan qaldırır.
  • Təbii bir sakitləşdiricidir.Narahat, kədərli və gərgin anlarda sakitləşdirir. Yatmaqda çətinlik çəkənlərə və ya kifayət qədər keyfiyyətli yuxu yata bilməyənlərin köməkçisidir. Yatmazdan əvvəl bir stəkan hil çayı içmək yuxuya getməyi asanlaşdırır.
  • Araşdırmaçılar, hil tozunu yeyərək şişlərin əmələ gəlməsində və sayında əhəmiyyətli dərəcədə azalma aşkar edib. Ümumiyyətlə, bu ədviyyatın tərkibində olan sineol və limonen fitokimyəvi maddələr xərçəngin inkişafının qarşısını alır.
  • Hil orqanları pis xolesterindən də qoruyur. Bu təbii ədviyyat qan üçün inanılmaz bir nemətdir və qanı təmizləyərək xolesterin əmələ gəlməsinin qarşısını alır.
  • Hil çayı, yüksək antioksidant məzmunu sayəsində bədəni zərərli toksinlərdən təmizləyici və immunitet sistemini gücləndirici xüsusiyyətə malikdir.
  • Hil şəkər xəstəliyinə də faydalıdır. Hil yüksək miqdarda manqan ehtiva edir və bu məzmunu sayəsində diabetlə mübarizədə ən təsirli təbii şəfa qaynağıdır.

Hil Çayının Zərərləri Nələrdir?

Nizamlı olaraq ya da çox miqdarda hildən istifadə etmək, bəzi əks təsirlərin ortaya çıxmasına səbəb ola bilər. Əgər aşağıdakı vəziyyətlərdən birini müşahidə edirsinizsə həkiminizlə məsləhətləşin:
-Sinə ağrısı,
-Nəfəs almaqda çətinlik
-Narahatlıq hissi

Tags

#hil  #hil çayı  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir