Yaponların Şah Əsəri -Suşi-Tort

Yields: 1 Serving

Yapon mətbəxi, düyü ilə birləşdiyi qeyri-adi dəniz məhsulları yeməkləri ilə təəccübləndirir. Onların hər biri bütöv bir sənət əsərinə bənzəyir, baxmayaraq ki, yalnız yemək hazırlamaqda deyil, xidmət göstərməkdə də xüsusi bir ciddilik tələb edir. Mətbəxdə bu cür şah əsərlərin necə yaradılacağını öyrənmək istəyirsinizsə, onda bir suşi tortundan başlayın. Bu suşiyə alternativdir. Evdar.az ev şəraitində hazırlanması asan olan suşi tortun reseptinit təqdim edir.

Tərkibi:

  • 150 qr yumru dənəli düyü
  • 350 ml su
  • 1 ədəd qurudulmuş nori yarpağı
  • 1 çay qaşığı şəkər tozu
  • 1,5 xörək qaşığı düyü sirkəsi
  • 1 ədəd orta ölçülü xiyar
  • 1 ədəd avokado
  • 120 qr yumşaq qaymaqlı pendir (Ricota)
  • yarım paket kərə yağı
  • 20 qr Wasabi yaşıl xardal
  • 250 qr yüngül duzlu forel və ya qızıl balıq filesi
  • 50 ml soya sousu

Hazırlanma qaydası:

Yapon mətbəxi şöbəsindən əvvəlcədən xüsusi bir suşi düyü çeşidi alın. Son çarə olaraq evdə mətbəxdə həmişə olan yumru dənəli düyünü istifadə edə bilərsiniz.

İlk öncə düyünü dəfələrlə yuyun. Şişməsi üçün yuduğunuz düyünü duzlu suda 20 dəqiqə isladın. Daha sonra duzlu su ilə birgə qazana töküb və su tamamilə quruyanadək 15 dəqiqə bişirin. Formasını qorumaq üçün yapışqan, lakin qırıq olmalıdır. Yaponlar bu mərhələni çox diqqətlə izləyirlər. Yeməyin uğuru tamamilə bundan asılı olacaqdır.

Bir qazana şəkərlə birlikdə düyü sirkəsini tökün. Adi sirkəni 1 xörək qaşığı +1 çay qaşığı şəkər tozu və soya sousu ilə qarışdıraraq əvəz edə bilərsiniz.

Nori yarpağını qayçı ilə incə zolaqlar şəklində kəsin, düyü ilə qarışdırın. Xiyar və avokadonu tərəvəz soyucu ilə incə uzun zolaqlar şəklində kəsin. Pendirə yaşıl Wasabi xardalı əlavə edin və qarışdırın.

Kənarları hündür olan bir qəlib götürün. Səthini streç salafanla örtün. Qəlibə ilk öncə balıq dilimlərini bərabər bir təbəqə ilə düzün, üzərinə krem ​​pendiri və xardallı avokadonu qoyun. Silikon spatula ilə təbəqə səthini yayın. Daha sonra qalan balıqları yayın, ardınca pendir ilə xiyar düzün. Ən son qat nori ilə qarışdırılmış düyü olacaq.
Suşi tortunun kənarlarını da streç salafanla örtüb əllə yüngül bir təzyiq ilə basaraq pressləyin. Üzərinə forma ölçüsünə görə bir boşqab qoyun və üstünə ağır bir əşya qoyun. Soyuq bir yerdə 1 saat saxlayın.

Süfrəyə verməzdən əvvəl servis edəcəyiniz bir boşqabın üstünə çevirin. Qəlibi ehtiyyatla çıxarın və streç salafanı da çıxarın. Porsiyalara kəsin. Səliqəli və düz kəsmək üçün hər dəfə suda nəmləndirdiyiniz geniş və iti bıçaqdan istifadə edin. Qırmızı kürü ilə bəzəyib, küncüt toxumları səpin.

Olduqca doyumlu və dadlı bir qəlyanaltıdır. Bizə tanış olmayan ədviyyalı bir dadla fərqlənir. Çubuqlar, ənənəvi marinad edilmiş wasabi, zəncəfil və soya sousuyla birgə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir