Faydalı Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

110 Yaşına Qədər Yaşayan Yaponların Sirri

Yaponiya sağlam və uzun yaşayan əhalisiylə dünyada hər kəsin qibtə edəcəyi bir yerdir. Dəfələrlə yaponların bir çoxu Guinnes qeydlərində “dünyanın ən yaşlı insanı” kimi göstərilib. Bəs yaponların bu qədər uzun yaşamasının sirri nədir? Evdar.az sağlam qidalanmayla bağlı yaponların tövsiyyəsini təqdim edir.

TƏRƏVƏZ VƏ DÜYÜ

Tərəvəzlərin vitamin və mineral baxımından zəngin qidalar olduğunu hamınız bilirsiniz. Yapon mədəniyyətinin ənənəvi mətbəxi bizimki kimi həddindən artıq yağlı, qızartmaları yeməklər və şərbətli şirniyyatlar deyil. Yüksək doymuş yağlı və zərərli qidalardan çox düyü və tərəvəzli qidalar istifadə edirlər. Səhər yeməyi də daxil olmaqla hər yeməkdə düyü yediklərini bilirdinizmi? Yağ əlavə etmədən qaynadaraq bişirdikləri düyü gündə 6 dəfə süfrəyə qoyulur.

KİÇİK TİKƏLƏR VƏ PORSİYALAR

Yaponların hər şey yediklərinə baxmayaraq, səhhətlərində niyə problem olmadığını düşünə bilərsiniz. Bunun səbəbi, az-az və kiçik porsiyada yemələridir. Porsiyalar böyüdükcə yemək istifadəsinin artması elmi cəhətdən sübut edilmişdir. Yaponlar gözləriylə yeyə biləcəkləri qədərini görüb qablarına da o qədər qoyurlar.

YEMƏK BİŞİRMƏ ÜSULLARI

Yaponlar zərərli yağlardan uzaqdırlar. Buna görə mətbəxlərində qaynatma növü olduqca məşhurdur. Balıq kimi qidaların yanında yedikləri demək olar ki, hər yeməkdə soyutma tərəvəzlərdən istifadə edərək sağlam bir menyu yarada bilirlər. Əsas səbəblərdən biri də qidaları təzə istifadə etmələridir.

BALIQ İSTEHLAKI

Yaponların quru paxla plovu desək yalan olmaz. Yemək dedikdə yaponlarda ağla ilk gələn növ dəniz məhsullarıdır. Tez-tez balığın hər növünü istifadə edirlər. Buna görə balıqdan protein və bir çox digər qida maddələrini aldıqları üçün qırmızı əti daha az istifadə edirlər. Bu, onların qırmızı ətin yaratdığı müxtəlif xəstəliklərdən qorunmasına səbəb olur.

BİTKİ MƏNŞƏLİ ÇAYLAR

Zəhərli maddələrin atılmasında və sinir sisteminə birbaşa təsir edən bitki mənşəli çayların əhəmiyyətini artıq hamımız bilirik. Yapon mədəniyyətində çayın hər növü mövcuddür. Yolunuz Yaponiyaya düşərsə qəhvə yerinə mütləq çay için.

SOYA VƏ MƏHSULLARININ İSTİFADƏSİ

Tərkibindəki qida maddələriylə qırmızı ət qədər faydalı olan soya məhsullarıdır. Yağ nisbəti də azdır. Yaponlar buna görə soya məhsullarını mətbəxlərində olduqca çox istifadə edirlər. Bundan əlavə şorba olaraq da istifadə edirlər.

FAYDALI ŞİRNİYYATLAR

Mövsümi meyvələrinin mütləq yer tutduğu faydalı desertləri var. Dondurma və tort kimi desert növlərini sevirsinizsə, Yaponiyaya səfəriniz zamanı damağınızda dadı qalacaq bir çox desertləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.