20 yaşlı UC Berkeley universitetinin tələbəsi Abigail Hwang-Nable tərəfindən başlayan “Bulud Çörəyi” resepti videosu TikTok-da ən çox baxılan videolar sırasındadır. Hazırda az qala 21 milyon baxış sayı olan bu resept son həftələrin ən məşhur çörəyidir. Evdar.az məşhur bulud çörəyin reseptini təqdim edir.
Bulud Çörəyin tərkibi:
- 3 ədəd yumurta ağı
- 2 xörək qaşığı ağ və ya qəhvəyi şəkər tozu
- 1,5 xörək qaşığı qarğıdalı nişastası
Bulud Çörəyin hazırlanma qaydası:
İlk öncə yumurta ağlarını ağarıb köpüklənənə qədər yaxşıca çırpın. Daha sonra yavaş-yavaş şəkər tozunu əlavə edib qarışdırmağa davam edin. Nişastanı da az-az əlavə edib spatula və ya taxta qaşıqla yavaş-yavaş aşağıdan yuxarıya doğru qarışdırın. Zövqə görə hazırladığınız qarışığa vanil və 1 damcı qida boyası əlavə edib yaxşıca qarışdırın. Geniş ölçülü soba sinisinə yağlı kağız sərin. Hazır qarışığı spatula köməyi ilə dairəvi formada qəlibə yayın. Addım 4: Böyük çörək qabını yağlı kağızla düzün və qarışığı spatula ilə dairəvi formada (qəlibin orta hissəsində qalacaq şəkildə) yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş Olsun!