Albalı yay mövsümünün ən məşhur giləmeyvələrindəndir. Yayda albalını dondurucuya ataraq qışda istehlak etmək istəyən bir çox insan ilk olaraq albalının çəyirdəyini çıxarmaq istəyir. Albalıları tumundan ayırmaq üçün albalıları tək-tək ayırıb əllərinizi batırmaq yerinə istifadə edə biləcəyiniz çox daha asan üsullar var. Bəs albalının tumunu ən asan necə çıxarmaq olar? Evdar.az albalı tumunun çıxarma üsullarını təqdim edir.
Albalı tumunun çıxarılma üsulları
Albalı çəyirdəyini əl ilə çıxarmaq çox zəhmət tələb edən və ətrafı dağıdıcı bir işdir. Albalı çəyirdəyini tez, asan və praktik şəkildə çıxarmaq üçün bu üsulları seçə bilərsiniz. Bu sayədə əlinizi çirkləndirmədən və çox səy göstərmədən təmizlənmiş albalı əldə edə bilərsiniz. Bunun üçün Çin yeməkləri və ya çöp şiş kababı üçün istifadə edilən çubuqlardan və ya pipetkalardan istifadə edə bilərsiniz. Gilasın yuxarı hissəsini şüşə butulkanın üzərinə yerləşdirin. Daha sonra pipetlə sıxaraq tum şüşə butulkaya tökülür və albalı asanlıqla təmizlənir. Bu sayədə qış hazırlıqlarınızı çox tez və praktik şəkildə edə bilərsiniz.
Albalı çəyirdəyiniz praktik şəkildə çıxarmaq üçün istifadə edə biləcəyiniz digər üsullar da var. Bunlar biri də albalı tumunu çıxaran alətdən istifadə etməkdir. Digər asan üsul isə kağız klipsi (skrepka) ilə tumunu çıxarmaqdır. Albalı çəyirdəyini çıxardığınız yerdən qatladığınız klipsi daxil edib tumu çevirərək çıxara bilərsiniz.
Albalı tumunun çıxarılmasının başqa bir üsulu onu böyük bir sancaqla çıxarmaqdır. Sancağın yuvarlaq hissəsini gilasın içərisinə daxil edərək və çəkərək tumu asan şəkildə çıxara bilərsiniz.
Bu asan üsullardan biri də içi boş qələmlə tumu çıxarmaqdır. Qələmlə albalının saplağının çıxan yerə qədər möhkəm itələyib tumunu tez və rahat çıxara bilərsiniz.
Və ya limon çəngəlindən istifadə edərək rahatlıqla albalını tumundan ayıra bilərsiniz.