Çay insan orqanizminə faydalı təsir göstərən hər kəsin sevimli içkisidir. Ancaq ona bəzi otlar, meyvələr və çiçəklər əlavə edərək, onu daha da faydalı və ətirli edə bilərsiniz. Bu əlavələrlə adi içkiniz sənət əsərinə çevriləcək! Evdar.az çaya əlavə olunan faydalı əlavələrin siyahısını təqdim edir.
Yasəmən
Yasemən yaşıl çaya gözəl əlavədir. İmmunitet və sinir sistemini gücləndirir. Sinqa, revmatizm, qastrit kimi bir çox xəstəliklərin qarşısını almaq üçün əla vasitədir. İştahı da artırır.
Yeri gəlmişkən, yasəmən cavanlığın eliksiri (iksiri) hesab olunur. Buna görə də gözəl görünmək istəyirsinizsə, bu komponenti çayınıza əlavə edin.
Xrizantema
Xrizantema çaya daha incə ətir və dad verə bilər. Çox təravətləndiricidir, ona görə də isti havalarda yaşıl çaya qatıb sərinləmək və içmək məsləhətdir.
Xrizantema bədəni toksinlərdən təmizləməyə, görmə qabiliyyətini yaxşılaşdırmağa və hormonal səviyyələri normallaşdırmağa kömək edir. Həzmi yaxşılaşdırmaq üçün xrizantema çayına süd əlavə edilir.
Kəklikotu
Kəklikotu çaya təkcə içkinin dadını yaxşılaşdırmaq üçün deyil, həm də sağlamlığına diqqət edən insanlar tərəfindən əlavə edilir. Çünki kəklikotu əlavə olunan çayı içmək sinir sistemini sakitləşdirir və depressiyadan xilas edir.
Bundan əlavə, kəklikotu təbii antibiotik kimi istifadə olunur. Buna görə, mütləq mətbəxdə ehtiyatda saxlamağa dəyər.
Nanə
Çətin bir gündən sonra nanəli çayı içmək daha yaxşıdır, çünki o, sakitləşdirir. Bundan əlavə nanəli çay iştahı artırır və mədə turşuluğu yüksək olan qastritdə də kömək olur.
Berqamot
Əgər soyuqdəymə varsa, o zaman berqamotla çay içmək daha yaxşıdır. Temperaturu aşağı salmağa kömək edir. Həm də əla antiseptikdir, müxtəlif iltihabları azaldır. Berqamotun ədviyyatlı ətri və qeyri-adi dadı bütün çayxorlar tərəfindən bəyənilir.
Ədviyyatlar
Çay əlavələri kimi ədviyyatlar şərq ölkələrində çox məşhurdur. Sağlamlığı yaxşılaşdırarkən çayı daha dadlı edirlər. Məsələn, üyüdülmüş zəncəfil maddələr mübadiləsini canlandırır və sürətləndirir. Muskat qozu maddələr mübadiləsini yaxşılaşdırır. Darçın qaraciyər və böyrəkləri təmizləyir.
Gül
Çay əlavə edilən qurudulmuş qızılgül ləçəkləri inanılmaz dərəcədə faydalıdır: ürək və qan damarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, depressiya və yuxusuzluğu aradan qaldırır.
Gül antiviral və bakterisid xüsusiyyətlərə malik olduğu üçün qrip epidemiyası zamanı çaya əlavə edilir.
Bu aromatik əlavələrin köməyi ilə sağlamlığınıza fayda verə bilərsiniz.
Sağlamlığınızın qeydinə qalın!