Bol gülüşlü söhbətlər üçün ən çox axtarılan içki təbii ki, pivədir. Söhbətlər pivəsiz dadlı olmadığı kimi, qəlyanaltısız da pivədən həzz almaq mümkün deyil. Bəs pivə ilə hansı qəlyanaltı daha yaxşı gedir? Evdar.az sizin üçün həm söhbətinizdən, həm də pivənizdən həzz ala biləcəyiniz qəlyanaltıların siyahısını təqdim edir.
Kartof qızartması
Kartof qızartmasını sevməyən yoxdur. Ədviyyatlı və ya sadə kartof qızartması, dilim kartof qızartmasını seçərək pivənizə unikal dad əlavə edə bilərsiniz.
Çips və Naços
Meksika mətbəxi dedikdə ağıla ilk gələn yemək həmişə naços olur. Nachos almaq üçün Meksikaya qədər getmək lazım deyil! Bir çox kafe və restoranlardan asanlıqla alıb pivənizi ləzzətlə içə bilərsiniz. Naçosun acı dadını sevməsəniz, pivə ilə çipsləri dadmaq olar.
Xırtıldayan Toyuq
Pivə ilə yeyə biləcəyiniz ən yaxşı qəlyanaltılardan biri, əlbəttə ki, xırtıldayan toyuqdur. Bir-birini tamamlayan bu ikisinin harmoniyası içdiyiniz pivədən həzz almağa imkan verəcək. Nuggets, ədviyyatlı qanadlar, küncütlü toyuq və toyuq tikələri kimi bir çox variant təklif edən xırtıldayan toyuqları siyahınıza əlavə etməyi şiddətlə tövsiyə edirik.
Pendir
Pendir hər nə qədər şərabla birləşdirilsə də, saçaqlı pendir pivə ilə ən yaxşı gedən məzələrdən biridir.
Qurudulmuş ət (qaxac)
Qaxac (duzlanmış, qurudulmuş ət) çətin tapılan qəlyanaltı olsa da, pivə ilə birlikdə çox yaxşı gedir. Əgər hələ də sınamamısınızsa, bu ikisini mütləq birləşdirin!
Xiyar turşusu
Turşular birləşdiyi hər şeyi mükəmməl bir şəkildə tamamlayır. Bunlardan biri də təbii ki, pivədir. Həm duzlu, həm də xırtıldayan turşu ilə pivənizi zövqlə içə bilərsiniz.
Soğan halqaları
Soğan halqaları pivəni mükəmməl şəkildə tamamlayan qəlyanaltılardan biridir. Bir az yağlı olsa da, pivə sevərlərin məzə siyahısında birinci yerdədir.
Popkorn
Əgər az yağlı və az duzlu popkorn seçsəniz, pivəniz üçün sağlam məzə seçmiş olacaqsınız. Bu gözəl duet keyfiyyətli söhbət mühitləri üçün həmişə əvəzolunmaz olacaq!
Fıstıq ləpəsi
Duzlu fıstıqsız pivə ağlasığmazdır! Təbii ki, pivə ilə ən yaxşı olanı deyəndə ağıla fıstıq gəlməsinin bir səbəbi var. Çünki pivəni tamamlayan yeganə məzə duzlu fıstıqdır.
Qızardılmış kalamar
Kalamarın yalnız araq ilə yaxşı getdiyini düşünürsənsə, yanılırsınız. Tartar sousu ilə qızardılmış kalamarla pivəni içdikdən sonra bir daha bu daddan imtina edə bilməyəcəksiniz.
Midye
Həm midye, həm də pivə həvəskarlarını həyəcanlandıran bu ahəngdar duet mütləq bir araya gəlməlidir! Pivə qurmanlarının ən çox bəyəndiyi qəlyanaltılardan biri olan midyelərin həm dolmasını, həm də qızardılmışını dadmaq olar.
Qızardılmış sosiska
Qızardılmış kolbasa və sosiska da kartof qızartması ilə birlikdə pivənin əvəzolunmaz üzvüdür.
Nuş OLsun!