Pəhrizdə Olanlar Üçün Yedikcə Arıqladan Noxud Çörəyi

Pehrizde Olanlar Ucun Yedikce Arıqladan Noxud Coreyi
Yields: 1 Serving

Pəhrizdə olanlar mayalı çörək əvəzinə bol proteinli, yedikcə arıqladan və gün boyu tox tutan noxudlu çörəyi hazırlaya bilər. Noxuddan hazırlanan qlütensiz çörək  maya ilə deyil, soda ilə hazırlanır. Bu səbəbdən maya allergiyası olanlar üçün uyğundur və mayalanması gözlənilmədiyi üçün qısa müddətdə hazırlanır. Evdar.az yedikcə arıqladan noxud çörəyinin reseptini təqdim edir.

Pəhrizdə Olanlar Üçün Yedikcə Arıqladan Noxud Çörəyin tərkibi:

  • 1 stəkan qaynadılmış noxud
  • 2 ədəd yumurta
  • 1 xörək qaşığı kətan toxumu
  • 5 qr qabartma tozu
  • duz
  • 1 xörək qaşığı limon suyu
  • 1 xörək qaşığı zeytun yağı

Pəhrizdə Olanlar Üçün Yedikcə Arıqladan Noxud Çörəyin hazırlanma qaydası:

Noxudu bir gecə əvvəl suda isladıb səhər bişirin. Və ya bir gecə əvvəl suda islatmadan ən tez bişirməyin yolunu bu məqaləmizdən oxuyun.  Blenderin qabına qaynadılmış noxud, yumurta, kətan toxumu, qabartma tozu, duz, limon suyu və zeytun yağı əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır kütləni kiçik qəliblərə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bu reseptlə 2 ədəd mini çörək hazırlaya bilərsiniz.

Noxudlu çörəyin faydaları:

  • Noxud– Tərkibindəki yüksək lif və zülal ilə uzun müddət tox saxlayır.
  • Kətan toxumu– Omeqa-3 və pəhriz lifi ilə həzmi dəstəkləyir
  • Yumurta– Zülal mənbəyidir, maddələr mübadiləsini sürətləndirir
  • Zeytun yağı- Sağlam yağlarla ürəyin dostudur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir