Category: Salatlar
Yields:
1 Serving
Tablacı -kababçı salatı kimi tanınan, əsasən kababların yanında süfrəyə verilən ləziz salatdır. Bu salat turşməzə dadı ilə yağlı kababların ağırlığını götürmək və dadını ikiqat artırmaq üçün idealdır. Evdar.az kababların yanına yaraşan ləziz Tablacı salatının reseptini təqdim edir.
Kababların Yanına Yaraşan “Tablacı Salatı”nın tərkibi:
- 2 ədəd pomidor
- 2 ədəd soğan
- 1 dəstə cəfəri
- 2 xörək qaşığı sumaq
- 1 xörək qaşığı şirin bibər tozu
- 1 çay qaşığı duz
- 4 xörək qaşığı zeytun yağı
- 3 xörək qaşığı narşərab sousu
Kababların Yanına Yaraşan “Tablacı Salatı”nın hazırlanma qaydası:
Soğanı yarımhalqa formasında nazik doğrayın. Salatı hazırlayacağınız qaba doğranmış soğanı töküb üzərinə sumaq əlavə edib qarışdırın. Yuyulub suyu süzülmüş cəfərini xırda doğrayıb soğana əlavə edin. Pomidoru da kiçik kub formasında doğrayıb əlavə edin. Şirin bibər tozu, duz, zeytun yağı və narşərab sousu da əlavə edib qarışdırın. Hazır salatı kababların yanına süfrəyə verin.
Nuş Olsun!
