Category: Toyuq Yeməkləri
Yields:
1 Serving
Nahara toyuq qaraciyərindən dadlı yemək hazırlaya bilərsiniz. Xamada bişən qara ciyər sözün əsl mənasında ağızda əriyir. Evdar.az dadlı xamalı sousda qara ciyər yeməyinin reseptini təqdim edir.
Tərkibi:
- 500 qr toyuq qara ciyəri
- 200 qr xama
- 2 ədəd soğan
- 3 xörək qaşığı bitki yağı
- 1 budaq cəfəri
- duz, istiot zövqə görə
Hazırlanma qaydası:
Toyuq qara ciyərini yuyub,suyunu süzün və doğrayın. Tavada 3 xörək qaşığı bitki yağını qızdırın. Soğanı nazik yarım halqa doğrayıb yağda 2-3 dəqiqə qovurun. Doğranmış ciyəri də əlavə edib 5-6 dəqiqə qarışdıraraq bişirin. Üzərinə 200 qr xamanı da əlavə edib zəif ocaqda 7-10 dəqiqə bişirin. Duz, istiot töküb qarışdırın və ocaqdan götürün. Xamalı qara ciyər yeməyi hazırdır. Yeməyi boşqaba töküb üzərinə doğranmış cəfəri səpib istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!