Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Çaynikdə Qalan Çayı Atmayın! Hər Dərdə Dərmandır

Səhər yeməyində, naharda, şam yeməyində, demək olar ki, günün müəyyən saatlarında ən çox istifadə etdiyimiz içkilərdən biridir çay. Çayın Azərbaycanda bir başqa yeri var. Çayı bu qədər sevdiyimiz halda ondan fərqli  sahələrdə necə faydalana bilərik? Evdar.az çaynikdə qalan çayı qiymətləndirməyin yollarını təqdim edir.

Evdəki Bitkilərinizi Uzun Müddət Nəmli Saxlayın

Çay dəmləndikdən və istifadə edildikdən sonra çaydanda qalmış çayı dibçəkdə bitkilərin dibinə tökmək su ehtiyacını ödəyir ,eyni zamanda təbii gübrədir. Bundan əlavə istifadə etdiyiniz paket çayı bitkilərin dibinə qoyub və ya bitkinin torpağına qarışdıra bilərsiniz. Bu torpağın suyu asan çəkməsinə köməkçi olacaq.

Saçlarınızı Parladın

Saçlarınız mat bir görünüşə sahibdirsə, şampun tətbiq etdikdən sonra durulama suyuna dəmlikdə qalan ilıq çayı istifadə edin. Saçlarınız parlaq olacaq.

Boğaz Ağrıları Üçün İstifadə edin

Boğazınızda ağrı varsa paket çaydan süzdüyünüz dəmi qarqara edərək istifadə edə bilərsiniz.

Dəri Sağlamlığı Üçün İstifadə Edin

Çox yağlı bir dəriyə sahibsinizsə duş qəbul etdikdən sonra duruluma suyu olaraq çay dəmiylə dərinizi ovun.

Dəridəki Yaralarınızı Təmizləyin

Çayı dərinizdəki yaraların təmizlənməsi və antibiotik funksiyası yerinə yetirməsi üçün istifadə edə bilərsiniz. Bir pambıq köməyiylə yaranın  üzərinə tətbiq edin.

Ayaq Qoxusunu Aradan Qaldırın

İlıq çay dolu bir ləyən içərisində, hər axşam 10 dəqiqə ayaqlarınızı saxlayın.

Əlinizə Hopan Yemək Qoxularından Xilas Olun

Xüsusilə yemək hazırladıqda balıq və ya soğan kimi məhsullar pis bir qoxu yaradır. Nə qədər sabunla yusanız da o qoxudan xilas ola bilmirsiniz. Bu kimi vəziyyətlərdən xilas olmağın ən yaxşı yolu çaydır. Əlinizi çayla yuyaraq pis yemək qoxularından asanca xilas ola bilərsiniz.

Soyuducunuzdakı Pis Qoxulardan Xilas Olun

Çaynikdə qalan çayı qurudub bir qabın içərisinə qoyaraq soyuducunuzun orta rəfinə yerləşdirin, pis qoxunun yox olduğunu görəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir