Faydalı Faydalı Məsləhətlər

Dondurucuya Qoya Biləcəyiniz Bilmədiyiniz Qidalar

Hər kəs dondurucunun soyudulmuş qida, ət və tərəvəz saxlamaq üçün ideal olduğunu bilir. Bununla birlikdə, bu lazımlı mətbəx cihazı bir çox digər məhsulları da saxlamaq üçün idealdır.

Doğru yolu seçsəniz, dondurucunuz faydalı qidaları qorumağın ən asan yollarından biridir. Evdar.az dondurucuya qoya biləcəyiniz, lakin bilmədiyiniz bəzi qidaların siyahısnı təqdim edir.

Fındıq

Tərkibindəki yağ miqdarı yüksək olduğu üçün fındıq çox tez xarab ola bilər. Əslində otaq temperaturunda cəmi iki həftədən sonra qoz-fındıqdakı yağlar pisləşməyə başlayır, ancaq onları dondursanız bu proses ləngiyir. Plastik bir torbaya fındıqları qoyub dondurucuda saxlaya bilərsiniz.

Otlar

Otları birbaşa dondurucuya qoymaq istəmirsiniz, çünki onlar yumşalıb ləzzətini itirirlər. Otları ilk günkü kimi təzə saxlamaq üçün zeytun yağından istifadə edin. Adaçayı, kəklikotu və ya bibəriyə(rozmarin) kimi təzə otları doğrayın və buz kublarına yarıya qədər doldurun. Otların üzərini sızma zeytun yağı ilə örtün. Bir gecə dondurun. Daha sonra kubları qablardan çıxarın və yenidən dondurucu torbalara qoyun. İstifadə etmək istədikdə onları birbaşa şorbaya və ya qazana ata bilərsiniz.

Yetişmiş banan

Bananlarınız yetişəndə ​​ümidsizliyə qapılmayın. Bananlı çörək kimi hər cür reseptdə istifadə edə bilərsiniz. Bananı soyun və dilimləyin. Bir-birinə dəyməyəcək şəkildə bir məcməyiyə düzüb dondurun. Daha sonra dondurulmuş bananları dondurucu torbaya yerləşdirin. Bananı istifadə etməzdən bir-iki saat əvvəl onu otaq istiliyinə gətirin.

Çiy Yumurta

Yumurtaları qabıqları ilə dondurmağa çalışsanız, maye qabıqların çatlamasına səbəb olacaq və dondurucunuzda inanılmaz dərəcədə pis qoxu əmələ gələcək. Yumurtaları ilk öncə bir qaba sındırın. Üzərinə bir çimdik duz əlavə edib qarışdırın. Yumurta sarısını dağıtmamağa çalışın. Onları bir dəfəyə istifadə etdiyiniz qədər təkrar istifadə edilə bilən torbada saxlayın. Dondurucuda bir ilə qədər qala bilər.

Sarımsaq

Sarımsağın dondurulması inanılmaz dərəcədə asandır. Sarımsaqları təmizləyib dondurucu torbaya qoyun. Plastik və ya şüşə dondurucu qabda bir neçə ay etibarlı bir şəkildə saxlaya bilərsiniz.

Üzüm

Dondurulmuş üzümlər ən yaxşı qəlyanaltılardan biridir. Etməli olduğunuz tək şey üzümü yuyub qurudun və onları bir soba sinisinə düzün. Sinini üç-dörd saatlıq dondurucuya qoyun və sonra dondurulmuş üzümləri dondurucu torbaya qoyun.

Meyvələr

Limon, portağal və laym kimi sitrus meyvələri dondurmaq onları təzə saxlayacaq və daha sonra reseptlərdə və içkilərdə istifadəyə uyğun hala gətirəcək. Yalnız dadlı deyil, tərkibində folat, C vitamini və bədən hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruya biləcək antioksidanlar kimi yüksək qidalar var. Onları tamamilə dondurmayın! Bunun əvəzinə onları nazik dilimləyin və dilimlərin hər qatının arasına yağlı kağız qoyun və sonra dondurucuya yerləşdirin.

Bişmiş Düyü

Yaponlar dondurulmuş, sonra isidilən düyünün çox dadlı olduğunu deyirlər. Daha əvvəl dondurulmuş düyü sınayıb sərt və quru olduğunu görmüş ola bilərsiniz. Tez-tez qalıq düyülərin soyuducuda saxlamaq, hətta bir gün sonra yeyilməz hala gətirir. Ancaq dondurma metodu fərqlidir. Təzə hazırlanmış, nəmli düyüləri hava keçirməyən bir qaba və ya yenidən bağlana bilən bir plastik torbaya qoyub dərhal möhkəm bağlayın. Dondurulmuş düyüləri bir qaba tökərək mikrodalğalı sobada bir dəqiqə qızdırmaq və ya ocaqda bir az maye ilə qızdırmaq, təzə bişmiş düyü kimi ləzzətli olacaq.

Soğan

Sarımsaq kimi soğan, ləzzət qatmaq və sağlamlığınıza fayda gətirməkdə heyrətamizdir. Onları əvvəlcədən hazırlayaraq, hər növ yeməklərdə sərbəst istifadəsini asanlaşdıra bilərsiniz. Soğanları soyun və sonra plastik dondurucu torbalara qoyub istifadəyə hazır olana qədər dondurucuda saxlayın. Bişirməzdən əvvə onları əritməyin,dondurucudan çıxartdığınız kimi istifadə edə bilərsiniz.

Un

Un həqiqətən dondurucuda saxlanmalı olan bir məhsuldur. Bir çox qida kimi unu da dondurucuda daha uzun müddət saxlaya bilərsiniz. Unu dondursanız böcəklənməsinin qarşısını alacaqsınız. Unu dondurucuya iri bağlanana bilən dondurucu torbalarda və ya hava keçirməyən qablarda qoya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.