Faydalı Faydalı Məsləhətlər

Kəsmə Lövhəsi Seçərkən Bunlara Diqqət Edin!

Mətbəxlərdə yemək bişirərkən böyük rahatlıq təmin edən kəsmə lövhələri qadınların əsas köməkçilərindən biridir. Son zamanlarda bir çox fərqli çeşiddə çıxan kəsmə lövhələri düzgün istifadə edilmədikdə və təmizlənmədikdə qida zəhərlənməsinə səbəb olur. Bu halda bir kəsmə taxtası necə seçilir? Kəsmə taxtası seçərkən nələrə diqqət yetirilməlidir? Evdar.az evdar qadınlar üçün kəsmə lövhəsi seçərkən nələrə diqqət edəcəyiniz haqqında məqaləni təqdim edir.

Kəsmə lövhələrindən istifadə edərkən onları necə istifadə edəcəyinizi bilmək çox əhəmiyyətlidir. Hər evin mətbəxində ən azı bir olan kəsmə lövhələri təmiz istifadə olunmadığı təqdirdə bakteriya yuvasına çevrilir. Kəsmə lövhələri evdə yemək hazırlamaq tezliyinə görə dəyişir. Plastik, şüşə və taxta şəklində 3 fərqli kəsmə lövhəsi mövcuddur. Lövhələrin istifadəsi hər nə qədər əhəmiyyətli olsa da seçdiyini material da çox vacibdir. Ümumiyyətlə görünüş olaraq çox vaxt taxta olan lövhələrə üstünlük verilir. Kəsmə lövhəsi nə bıçağınızın kütləşməyinə səbəb olacaq sərtlikdə, nə də asanlıqla aşınacaq şəkildə olmamalıdır. Bir çox evdə həm tərəvəz, həm də ət və toyuq doğramaq üçün istifadə edilən taxta eynidir. Evinizdə belə bir vəziyyət varsa, dərhal o kəsmə lövhəsini atın və ət və tərəvəz üçün ayrı kəsmə lövhələri alın. İstifadəsi asan və praktik olan kəsmə lövhələri seçərkən bunlara diqqət edin:

Kəsmə lövhəsi necə seçilir?

  • Əvvəlcə kəsmə lövhəsini seçərkən hansı materialdan hazırlandığını yoxlayın.
  • Taxta adlandırılsa da, taxtadan hazırlanan kəsmə lövhələrindən istifadə etmək məsləhət görülmür. Çünki ağac təbii olaraq məsaməli bir quruluşa malikdir.
  • Ağacın quruluşundakı incə çatlarda bakteriyalar əmələ gələ bilər. Buna görə peşəkar mətbəxlərdə taxta kəsmə lövhələrinə üstünlük verilmir.
  • Bir kəsmə lövhəsi seçərkən bıçağınızı kütləşdirməyə səbəb olacaq sərtlikdə olmamalıdır. Bunun əvəzinə orta sərtlikdə olan kəsmə lövhələri seçmək daha yaxşı olar.
  • Son günlərdə bir çox fərqli növləri çıxan kəsmə lövhələrdə ən çox gigiyenik olduğu bilinən şüşə kəsmə lövhələridir. Gigiyenik bir lövhə axtarırsınızsa, şüşə lövhələr ala bilərsiniz.

Kəsmə lövhəsi necə təmizlənməlidir?

Şüşə kəsmə lövhələrinin ən əhəmiyyətli və gözəl xüsusiyyəti istifadə etdiyiniz zaman heç bir cızığın olmaması və bıçaqları korlaşdırmamasıdır. Həm də rahat təmizlənir və gigiyenikdir. Çünki şüşə kəsmə lövhələri qabyuyan maşınlarda asanlıqla yuyula bilər.

Peşəkar mətbəxlərdə kəsmə lövhələri kəsiləcək məhsula görə ayrıca istifadə olunur. Nəzərə alınmalı olan ən vacib məqamlardan biri ət məhsulları və tərəvəzləri kəsmək üçün ayrı bir kəsmə taxtası istifadə etməkdir.

Çünki hər qida fərqli orqanizmlərə ev sahibliyi edir və bu orqanizmlərin bəziləri kəsmə lövhələrinə də yoluxur. Bu səbəbdən eyni kəsmə lövhəsində doğranmış qidalar bir-birlərinə müxtəlif bakteriyalar yoluxdura bilər.

Xüsusilə çiy qidalar bişmiş qidalarla eyni lövhədə kəsilməməlidir. Əks təqdirdə, zəhərlənməyə səbəb ola bilər.

Peşəkar mətbəxlərdə hər qida növü üçün fərqli rəngdə kəsmə lövhəsi istifadə edilir:

  • Qırmızı kəsmə lövhəsi – çiy qırmızı ət üçün;
  • Mavi kəsmə lövhəsi – çiy dəniz məhsulları üçün;
  • Sarı kəsmə lövhəsi – çiy quş əti üçün;
  • Qəhvəyi kəsmə lövhəsi – bişmiş məhsullar üçün;
  • Yaşıl kəsmə lövhəsi – çiy tərəvəzlər üçün;
  • Ağ rəng kəsmə lövhəsi – bişmiş məhsullar üçün.

Mətbəx Əşyalarının Son İstifadə Tarixi ni bu məqalədən oxuya bilərsiniz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir