Faydalı Maraqlı Xəbərlər

Dünyanın Ən Bahalı Pendiri Kq-ı 248 AZN

Hər bir qida olduqca qiymətli və dəyərlidir. Bal, süd, yumurta, pendir və daha nə qədərləri olduqca qiymətli qida məhsullarıdır. Ancaq bunların arasında bəziləri sahib olduqları dəyər ilə çox daha seçilir. Bəzi qida məhsulları özünəməxsus xüsusiyyətləri, ləzzətləri və sağlamlıq baxımından əhəmiyyətli faydaları ilə, eləcə də maddi cəhətdən digərlərindən xeyli üstün olmağa müvəffəq olmuşdur. Bu günki mövzumuz olan Pule pendiri məhz belə bir qidadır.

Pule pendiri dünyanın ən bahalı pendiridir. Bəziləri qoxusunu bəyənməsə də, Pule pendiri özünəməxsus ləzzəti və sağlamlıq üçün bir çox faydası ilə tərifə layiqdir. Pule pendirinin bu xüsusiyyətləri pendirin istehsalında əsas tərkibi eşşək südündən olmasıdır. Ana südünə bərabər xüsusiyyətlərə sahib olduğu eşşək südü, bu statusa sahib olan tək süd növüdür.

Pule pendirini bu dərəcədə unikal edən əsas amillərdən biri pendirin hazırlanmasında bu qiymətli eşşək südündən böyük miqdarda istifadə edilməsidir. 1 kilo Pule pendiri hazırlamaq üçün tam 25 litr eşşək südü lazımdır. İstehsalı olduqca zəhmətli olan Pule pendirinin insan sağlamlığı baxımından faydaları saymaqla bitmir. Evdar.az dünyanın ən bahalı Pule pendirinin insan sağlamlığına faydaları haqqında məlumatı təqdim edir.

  • Astma və bronxit xəstəliyinin müalicəsində istifadə olunur.
  • Dövrümüzün ən böyük bəlası olan xərçəng xəstəliyinə qarşı müqavimət göstərir və immunitet sistemini gücləndirir.
  • Omega-3 tərkibi ilə ürəyin dostudur.
  • Yağ yanmasını sürətləndirən Pule pendiri də arıqlamaq üçün köməkçi təsir göstərir.
  • Pule pendiri bəlğəmgətirici və qızdırmasalıcı xüsusiyyətlərə malikdir.
  • Pule pendiri tərkibindəki kalsium ilə sümük inkişafına müsbət təsir edərək sümük əriməsinin qarşısını alır. Bu baxımdan Pule pendirinin xüsusilə körpələr və uşaqlar üçün böyük faydası var.

Dünyanın ən bahalı pendiri olan Pule pendirinin kilosu 248 AZN-dir. Pendirin bu qədər yüksək qiymətində birbaşa təsirli olan şey olduqca nadir olan və ana südü ilə bərabər sayıla biləcək tək süd olan eşşək südünü pendirin istehsalında istifadə edilməsidir. 1 kilo Pule pendiri çıxara bilmək üçün lazımlı olan 25 litr eşşək südü, 100 Balkan eşşəyindən təmin edilir. Bu miqdarın bu qədər yüksək olması eşşək südündəki yağ nisbətinin az olmasıdır.

Pendir hazırlamaq üçün yağ tələb olunduğundan, yağ nisbətinin olduqca aşağı olduğu eşşək südü ilə Pule pendirinin hazırlanması çətin bir prosesdir. Əslində dünyada Pule pendiri istehsal edənlərin sayı olduqca azdır.

Balkanlarda geniş yayılmış bu pendir növünün əsas istehsal yeri Serbiyadır. Pule pendiri, vətəni Serbiyadakı Zasavica zavodunda istehsal olunur. Pule serb dilində eşşək deməkdir. Pule pendiri, eşşək pendiri üçün istifadə olunan Serb terminindən gəlir. Serbiyaya bir gün yolu düşən hər kəs mütləq dünyanın ən bahalı pendirini, prosesi, dadı və faydaları ilə özünəməxsus xüsusiyyətləri olan Pule pendirini sınamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.