Faydalı Faydalı Məsləhətlər

Faydaları Saymaqla Bitməyən Südün Heç Bilinməyən 13 Fərqli İstifadə Sahəsi

Körpəlikdən etibarən tez-tez istifadə etdiyimiz süd, həm sadə bir şəkildə içilməsiylə, həm də şirniyyat kimi fərqli reseptlərdə istifadə edilməsiylə tanınır. İnsan sağlamlığı üçün bir çox faydası olan bu qida, xüsusilə sümük inkişafını dəstəklədiyi üçün inkişaf çağında tövsiyə edilən qidalardan biridir. Ancaq südü içmək və ya reseptlərdə istifadə etmək əvəzinə bu dəfə fərqli istifadə sahələrini araşdırırıq. Məqaləmizdə bu möcüzəvi qidanın mətbəx xaricindəki fərqli istifadələrini sizin üçün topladıq. Evdar.az südün fərqli istifadə sahələrini təqdim edir.

Mebel Təmizliyi

Südü, taxta mebelləri təmizləmək üçün də istifadə edə bilərsiniz. Xüsusilə xarab olmuş və ya xarab olmağa başlayan südü atmaq əvəzinə təmizləmək üçün qiymətləndirə bilərsiniz. Bunun üçün südü bir sprey şüşəsinə doldurub və üzərinə limon suyu əlavə edib çalxalayın. Qarışığı mebellərə püskürdün və təmiz bir bez köməyiylə silin.

Bitki Sağlamlığı

Bitkilərinizi qidalandırmaq üçün südlü qarışıqdan istifadə edə bilərsiniz. Bunun üçün 4 hissə suya 1 ölçü süd əlavə edin və qarışdırın. Bu qarışığı bitkilərin köklərinə tökün. Beləliklə, bitkilərin gübrələndiyini və daha yaxşı inkişaf etdiyini görə bilərsiniz.

Qarğıdalının Hazırlanması

Qaynadılmış qarğıdalıların hazırlanmasında su yerinə süddən istifadə edərək qarğıdalını daha dadlı edə bilərsiniz. Ancaq onu yalnız süddə bişirməyin. Bunun əvəzinə eyni miqdarda su və südü qarışdırın. Bir az kərə yağı əlavə edib qarğıadılını yağlı, südlü qarışığın içərisində bişirin.

Paltar Ləkəsi

Mürəkkəb ləkələri kimi ciddi ləkələrlə çirklənmiş paltarlarınızı xarab olmaq üzrə olan südlə təmizləyə bilərsiniz. Amma diqqətli olun ki, süd çox xarab olmasın. Bu proses üçün südü vedrəyə tökün və ləkələnmiş paltarlarınızı içinə qoyaraq 1 gün gözlədin. Sonra paltarlarınızı həmişəki kimi yuya bilərsiniz.

Ləkələri Çıxartmaq Üçün

Əgər ləkələri təcili olaraq çıxartmalısınız və ləkə yenidirsə bir stəkan südü qaynadın. Köhnə diş fırçasını qaynar südə batırın və ləkənin üzərini sürtün. Ardından suyla durulayın. Ləkənin qısa müddətdə çıxdığını görəcəksiniz.

Dəri Əşyaları Parıldatmaq Üçün

Parlaqlığını itirmiş və ya köhnəlmiş dəri əşyalarınız (dəri gödəkçə, dəri çanta, dəri mebel və s.) südün köməyi ilə təkrar parlada bilərsiniz. Təmiz bezi südə batırıb dəri əşyanızı təmizləyin. Ardından sadəcə su ilə isladılmış nəm bir parça ilə silin. Dəri əşyalarınız əvvəlki parlaqlığını bərpa edəcək.

Ağcaqanad və Həşərat Dişləmələri

Ağcaqanad və həşərat dişləməsindən sonra yaranan qızartı və qaşıntıları südlə aradan qaldıra bilərsiniz. Bunun üçün 2 hissə südü 1 hissə təmiz su ilə qarışdırıb qızarmış yerləri bu qarışıqla yuyun.

Saçların Parlaq Görünməsi Üçün

Saçların daha parlaq və güclü olması üçün, saçınızı hər zamanki kimi şampunla yuyun və durulayın. Yaş saçlarınızı yenidən südlə yuyun və 5 dəqiqə gözləyin. Sonra südün axması üçün bol su ilə yuyun. Həftədə bir dəfə tətbiq olunan bu üsulla saçlarınız daha sağlam bir görünüşə sahib olacaq.

Dərini Nəmləndirmək Üçün

Əgər dəriniz çox qurudursa, 1 çay qaşığı süd tozunu bir qaba tökün və ona tədricən süd və ya su əlavə edin. Tərkibləri məcun konsistensiyasına gələnə qədər qarışdırın. Hazırladığınız qarışığı nazik təbəqə ilə dərinizə çəkin və təxminən 15 dəqiqə saxlayın. Sonra dərinizi isti su ilə yuyun.

Allergik Reaksiyalar Üçün

Həssas və allergik dəriniz varsa və ya dəriniz çox qurudursa, vanna qəbul edərkən çəlləyə su doldurun və ona az miqdarda süd əlavə edin. Bu proses körpələr üçün ana südü ilə tətbiq olunur.

Təraş Kremi

Əgər ehtiyac duyduğunuzda evdə təraş kremi qalmadısa, bir miqdar süd tozu və suyu qarışdıraraq krem əvəzinə dərinizə çəkib rahatlıqla təraş ola bilərsiniz.

Keramika Təmiri Üçün

İddialara görə, çatlamış və ya qırılan keramikaları südlə yenidən yapışdırmaq mümkündür. Bunun üçün bir az süd qaynadın və kənara qoyun. Sınıq keramikaları lentin köməyi ilə bir-birinə yapışdırın. Keramikaları bu südün içinə qoyun və 3-4 gün gözlədin.

Göz Yanması Üçün

Əgər gözləriniz yanırsa, bir stəkan südlə gözünüzü bağlı bir şəkildə yuyun. Süd, gözlərdəki yanma hissinin sakitləşdirəcək.

Vacib qeyd: Əgər südü birbaşa öz bədəninizə çəkəcəksinizsə, dərinizin südə qarşı allergik reaksiya göstərmədiyindən əmin olun. Əgər şübhəniz varsa, əvvəlcə həkiminizlə məsləhətləşin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.