Faydalı Faydalı Məsləhətlər

Keksiniz Qəlibə Yapışırsa Bu Üsulları Sınayın

İsti bir dilim keks dəmli çaya ən yaxşı yoldaşdır. Keks istəyəndə özümüzü mətbəxdə tapırıq. Dərhal keks üçün inqrediyentləri hazırlayıb çırpmağa başlayırıq. Keks bişəndə ​​evi ətirli bir qoxu bürüyür. Bişirmə prosesi bitdikdən sonra sobanın qapısını açıb keksimizi götürüb, ehtiyyatla qəlibi tərs çevirib çıxarmaq istəyirik. Ancaq keks qəlibə yapışır və çıxmır. Hamımız belə bir vəziyyətlə üzləşmişik və nə edəcəyimizi bilmirik. Gəlin birlikdə nə edəcəyimizi öyrənək…

Evdar.az keksin qəlibə yapışmaması üçün məsləhətləri təqdim edir.

Keksi bişirəcəyiniz qəlib çox önəmlidir. Keks qəlibi tortun dadını və sobadan çıxdıqdan sonra yapışıb yapışmayacağını müəyyən edir. Mağazalarda metal, çuqun, qranit, teflon və silikon keks qəlibləri satılır. Keks məhlulunu tökməzdən əvvəl silikondan başqa bütün qəlibləri yağlamaq lazımdır.

Keks qəliblərini kərə yağı və ya duru yağla yağlaya bilərsiniz. Ancaq ən etibarlı yol kərə yağıdır. Qəlibinizin bütün daxili səthini otaq istiliyinə gətirdiyiniz kərə yağı ilə yağlayın. Sonra qəlibinizə un səpin və hər tərəfə un yapışdığından əmin olun. Daha sonra artıq unu silkələyin.

Başqa bir üsul yağlı kağızı qəlibin içərisinə yerləşdirməkdir. Yağlı kağız sayəsində keksin yapışma riski minimuma endirilir.

Qəlibə Yapışan Keksi Necə Çıxarmaq Olar?

Qəlibi yağlamağı unutmusunuz və ya yaxşı yağlaya bilmədiniz və keksiniz yapışdı. Nə edəcəksiniz?

İlk öncə keksi sobadan götürdükdən sonra boşqabın üzərinə tərs çevirib üzərinə nəm təmiz parça qoyun. Beləliklə, keks daha asan çıxacaq.

Başqa bir üsul bir qab su istifadə etməkdir. Suyun içərisinə qəlibi yerləşdirin və bir müddət oturdun. Keksin üzərinə su düşməməsinə nəzarət edin. Daha sonra qəlibi ehtiyyatla sudan çıxarıb keksi qəlibdən ayırın.

Ancaq bizdən bir məsləhət odur ki, keksiniz davamlı olaraq yapışırsa, qəlibinizi dəyişdirin.

Yəni qısaca desək, keks qəlibindən istifadə edərkən mütləq yağlayıb və unlamaq lazımdır. İstəyə bağlı olaraq, yağlı kağızlardan istifadə edin.

Ən dadlı keks reseptləri üçün buraya klik edin..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir