Faydalı Faydalı Məsləhətlər

Mükəmməl Qarpız Seçməyin Ən Sadə Yolu!

Qarpız yay aylarının ən sevilən giləmeyvəsidir. Qarpızın sağlamlığımıza olan faydaları saymaqla bitmir. İsti yay günlərinin əvəzolunmazı qarpızı seçmək olduqca çətindir. Evdar.az şirəli qarpız seçməyin yollarını təqdim edir.

Qarpız aldıqda ilk olaraq ona əlinizlə vurun. Bu qarpızın yaxşı olduğunu tanımaq üçün ən doğru üsullardan biridir. Ancaq burada qarpızın çıxardığı səs olduqca əhəmiyyətlidir. Qarpız yaxşıdırsa səs çıxarır, yaxşı deyilsə səs çıxarmaz ya da az səs çıxarar.

Bütün qarpızların bir üzündə mütləq böyük və ağ bir hissə vardır. Bu hissələr qarpızın torpağa dönük qismi olduğu üçün aldıqda ilk baxacağınız yer olmalıdır. Bu hissəsi ağappaq deyil, sarıya yaxın rəngdə olduqda qarpızlar yaxşı qarpız sayılır.

Fermerlərin fikrinə görə qarpızların cinsiyyəti olur. Uzun və oval qarpızları kişi, qısa və yumru qarpızları dişi olaraq adlandırırlar. Onların nəticələrinə görə, kişi qarpızlar sulu, dişi qarpızlar şirin olur.

Ölçüsünə aldanmayın! Böyük qarpızın daha yaxşı olduğu yalnışdır. Qarpız aldıqda çəkisinə diqqət edilməlidir. Əgər qarpız ağırdırsa yaxşıdır, deyilsə ehtimalla içi çox yetişmişdir.

Qarpız aldıqda mütləq sapına baxın. Əgər qarpızın sapı qurudursa deməli kifayət qədər yetişib. Ancaq quru deyilsə hələ yetişməyib. Belə bir qarpız almağınız tövsiyyə edilmir. Bu cür qarpızın erkən məhsul olduğunu söyləmək də mümkündür.

Qarpız aldıqda çatlaq yerlərə diqqət edin. Bütün qarpızların üzərində gördüyümüz bir başqa detal da sanki bir hörümçək torunu xatırladan çatlaq görünüşlərdir. Bu detallar da qarpızın ləzzəti haqqında sizə ipucu verəcək. Əgər qarpızın üzərində hörümçək toru kimi görünüşlər varsa bu qarpızın yaxşı olduğunu göstərir. Hətta kiçik ləkələr olsa belə, onun dadına şübhə etməyəcəyiniz bir qarpızdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir