Faydalı Faydalı Məsləhətlər

Pomidor Qabığının Ən Asan Soyulma Qaydası

Salatlarda və ya yeməklərdə çox istifadə etdiyimiz pomidorların qabıqlarını soyduqda bəzən problemlər yaşayırıq. Bəzən də tənbəllik edib qabığı soyulmamış istifadə edirik. Bəs pomidor qabığını ən asan necə soya bilərik? Evdar.az pomidor qabığının ən asan soyulma qaydasını təqdim edir.

Pomidoru ən asan soyma üsulu

Pomidorun saplağını içərisini oymadan çıxardın. Pomidorların alt hissəsini üstəgəl şəklində kəsiklər atın.

Su dolu bir qazanın içərisinə pomidorları yerləşdirin və zəif ocaqda qaynadın. Başqa bir qaba soyuq su doldurun. Pomidorları qaynar suyun içərisində 15 saniyə saxlayın və suyunu süzüb soyuq suyun içərisinə qoyun.

Bu üsul sayəsində pomidorun qabıqlarının asanlıqla soyulduğunu görəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir