Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər

Qaz Ətinin Bişirilmə Qaydası

Qaz əti, xüsusi günlərdə süfrənin mərkəzində iştirak edən bir ləzzətdir. Ehtişamıyla qabları bəzəyən, dadına baxan hər kəsi valeh edən qaz əti necə bişirilir? Evdar.az xüsusi günlərin əvəzolunmazı qaz ətini bişirməyin qaydalarını təqdim edir.

Qaz ətini bişirmək üçün əvvəlcə qazı yaxşıca təmizləyin. Bunun üçün qazın tüklərin yolun, qalan tüklərini ütün və quyruq qisimindəki yağ kisəsini kəsib atın. Ətini su ilə yaxşıca yuyaraq təmizləyin və bir kağız dəsmalla qurulayın.

Qaz ətini bir çox fərqli şəkildə asanlıqla bişirə bilərsiniz.

Qaz Ətinin Sobada Bişirilmə Qaydası

Qaz ətini sobada bişirəcəksinizsə, hər yerini yaxşıca duzlayaraq kənarda saxlayın. Əgər vaxtınız və sərin bir mühitiniz varsa, duzlanılmış qaz ətini sərin bir yerə asaraq 2 gün ərzində gözlədin. Əgər sərin mühitiniz yoxdursa ən az 6 saatlıq soyuducunun dondurucu gözünə yerləşdirin. Saxladığınız qaz ətini götürüb hər yerini kağız dəsmal köməyiylə silərək duzdan yaxşıca təmizləyin və otaq temperaturunda 1 saat gözlədin.

1 saat qədər gözlətdiyiniz ətin dərisinə kiçik-kiçik dəliklər açın. Burada məqsəd yağlı olan qaz ətinin bişərkən o dəliklərdən yağının çölə axa bilməsidir. Ancaq ehtiyyatlı olun, əti deyil yalnız dərini deşməlisiniz. Qaz ətinə duz və istiot səpərək dərin bir soba sinisinə yerləşdirib əvvəlcədən 160 dərəcədə qızdırılmış sobaya qoyun. 1 saat bişirdikdən sonra qaz ətin sobadan götürün. Daha sonra sobaya axan qaz yağını başqa bir qaba götürün və qaz ətini tərs çevirərək 1 saat daha bişirin. Bu vaxt yanına kartof da əlavə edə bilərsiniz. Qaz əti 2 saat bişdikdən sonra sobanın dərəcəsini 135 dərəcəyə salaraq təxminən 40 dəqiqə daha bişirməyə davam edin. Qaz əti kifayət qədər qızarıb yumşaldığını düşündüyünüz zaman sobadan çıxarıb süfrəyə verə bilərsiniz.

Qaz Ətinin Qazanda Bişirilmə Qaydası

Qaz ətini yaxşıca təmizləyib quruladıqdan sonra bud və qanad olaraq tikələrə ayırın. Hər yerini yaxşıca duzlayın. Duzlanılmış qaz ətini 2 gün ərzində soyuq bir yerə asaraq gözlədin. Qaz ətinə əsl ləzzət verən 2 gün ərzində duzlu olaraq saxlanmasıdır. Bu prosesə qaz ətini qurutma adı verilir.

Qurudulmuş qaz ətini duzdan təmizləmək üçün böyük bir qazana 2 litr su doldurun və qaynadın. Qaz ətinin tikələrini qaynayan suyun içərisinə tökün və 2 dəqiqə gözlətdikdən sonra sudan çıxarın. Qazanda qalan suyu süzüb atın. Qazana qaz ətlərinin örtəcək qədər su tökün. Zəif ocaqda ətlər yumşalana qədər təxminən 2,5 saat qədər bişirin. Qaz əti qurudularkən kifayət qədər duzlanıldığı üçün qaynatma suyuna təkrar duz əlavə etməyinizə ehtiyac yoxdur.

Bişən qaz ətinin suyunu arzu etdiyiniz yeməkdə istifadə edə bilərsiniz. Qaz suyuna düyü və ya yarma plovu edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.