Ətdən də Dadlı Pendir Kababı – Manqalda Xaçapuri

Yields: 1 Serving

Manqalda ətdən daha da dadlı pendir kababı hazırlaya bilərsiniz. Bu kabab demək olar ki xaçapuri kimi bişirilir, yalnız şişə çəkilərək manqalda. Evdar.az manqalda xaçapuri reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr suluquni pendiri
  • 1 paket mayasız qat-qat xəmir

Hazırlanma qaydası:

Pendiri iri çubuqlar formasında kəsin və şişlərə keçirin. Hazır qat-qat xəmirini  qalınlığı 0,2 sm, eni 6-6,5 sm və hündürlüyü 47-50 sm olan düzbucaq formasında kəsin. Kəsdiyiniz xəmiri şişə çəkilmiş pendirin ətrafına yumşaq bir şəkildə bükün. Əsas odur ki, xəmiri sıx şəkildə sıxışdırın, əks halda pendir axacaq. İstiliyi tənzimləmək vacibdir! Xəmir çox tez bişir. Buna görə də şişə çəkilmiş xaçapurini manqalda 5-7 dəqiqə qızarana qədər tez-tez çevirərək bişirin. Və yaxud da onları yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.