Ətli “Çobanyastığı” Bulkaları

Yields: 1 Serving

Ləzzətli və asan hazırlanan ətli içliklə doldurulmuş doyumlu bulka. Evdar.az qeyri-adi formasıyla süfrələrinizi bəzəyəcək ləzzətli bulkanın reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr un
  • 0,5 çay qaşığı duz
  • 0,5 çay qaşığı qabartma tozu
  • 100 qr kərə yağı
  • 1 xörək qaşığı xama
  • 1 ədəd yumurta

İçlik üçün:

  • 300 qr mal əti
  • 100 qr soğan
  • duz, istiot zövqə görə

Üzəri üçün:

  • yumurta sarısı və süd
  • çörəkotu

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün əti xırda kub formasında doğrayın.Soğanı da xırda doğrayın. Bir qabda doğranmış ət, soğan, duz və istiot töküb qarışdırın.
Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz və qabartma tozu töküb qarışdırın. Kərə yağını un qarışığı olan qabda una bulayaraq sürtgəcdən keçirin. Unlu,yağlı qarışığın üzərinə yumurta və xama əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri streç salafana keçirib 20 dəqqiqə kənarda saxlayın. Kənarda dincələn xəmiri 8 bərabər hissələrə bölün (hər biri 70-75 qr). Kündələrdən 0.2 sm qalınlığında dairələr yayın. Yaydığınız dairənin bir kənarını çəngəllə bəzək verib aralıqlarla kəsiklər atın. Daha sonra kəsinkləri iki barmağınızın arasında büzərək sıxın. Dairənin boş qalan hissəsinə hazırladığınız içlikdən 1 xörək qaşığı qoyub rulet kimi bəzəkli tərəfə kimi bükün. Aypara şəkli verərək birləşdirin, ləçək formasında olan hissələri səliqəyə salın. Bu qaydayla bütün kündələri içliklə doldurub çobanyastığı forması verin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb üzərinə çırpılmış yumurta və südü yaxıb çörəkotu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.