Əməköməciylə Hazırlanan Dadlı və Faydalı Yemək

Yields: 1 Serving

Əməköməci sağlamlıq baxımından çox faydalı bir bitkidir. Bir çox dərman üçün və bəzi xəstəliklərin müalicəsində istifadə olunur. Mədə rahatsızlıqları, xüsusilə qastrit xəstəliyinə yaxşı təsir edir. Sinəni yumşaldır, bəlğəmgətiricidir və öskürəyə yaxşı təsir edir. Əməköməci qızdırmanı da salır. Bu bitkinin faydalarını saymaqla bitmir. Bu səbəbdən ləzzətli çaylar hazırlanır, gövdəsi və yarpaqlarından isə inanılmaz dadlı və faydalı yeməklər hazırlanır. Evdar.az əməköməciylə hazırlanan faydalı yeməyin reseptini təqdim edir.

Əməköməciylə Hazırlanan Dadlı və Faydalı Yeməyin tərkibi:

  • 500 qr əməköməci
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 2 xörək qaşığı bulqur
  • 1 ədəd pomidor
  • 1 çay qaşığı tomat pastası
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • su

Əməköməciylə Hazırlanan Dadlı və Faydalı Yeməyin hazırlanma qaydası:

Əməköməcinin gövdəsini yarpaqları ilə birlikdə doğrayın. Soğanı və sarımsağı da doğrayın.  Qazana zeytun yağı töküb soğan və sarımsağı qovurun. Soğanların rəngi dəyişməyə başladıqda tomat pastası əlavə edib qoxusu çıxana qədər qovurun. Qazana doğranmış pomidor, bulqur və əməköməcini də əlavə edib qarışdırın. Duz və zövqə görə ədviyyatlar əlavə etdikdən sonra üzərinə isti su əlavə edib zəif odda bişməyə qoyun.Suyu çəkilib yağa düşdükdə yeməyi ocaqdan götürüb isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir