Ən Dadlı Kotlet Reseptləri

Yields: 1 Serving

Kotlet- kiçikdən böyüyə hər kəsin sevərək yediyi bir yemək növüdür. Toyuq, balıq, mal əti və tərəvəzlərdən hazırlanan ləzətli kotletlərlə menyunu müxtəlifləşdirə bilərsiniz. Evdar.az dadlı və müxtəlif kotletlərin reseptlərini təqdim edir.

Göbələkli Qarabaşaq Kotleti

Qarabaşaq kotleti tez hazırlanan və faydalı pəhriz yeməyidir. Evdar.az göbələkli qarabaşaq kotletinin reseptini təqdim edir. Tərkibi: 250 qr qarabaşaq 300 qr göbələk 150 qr soğan …

Ağızda Əriyən Zərif Balıq Kotleti

Bu balıq kotletləri o qədər zərifdirlər ki, ağzınızda əriyir. Fiqurasına nəzarət edənlər, balanslı və müxtəlif pəhriz yeməyi yeyənlər üçün mükəmməldir. Evdar.az balıq kotletinin reseptini təqdim …

Uşaqlar Üçün İspanaqlı Kotlet

Bir yaşdan yuxarı uşaqlar üçün dadlı kotlet resepti. İspanaq sevməyən uşaqlar bu kotleti çox bəyənəcək. Evdar.az uşaqlar üçün ispanaqlı kotletin reseptini təqdim edir. Tərkibi: 120 …

Göbələk Sousunda Ləziz Kotletlər

İlk baxışdan sadə olan kotletləri müxtəlifləşdirmək istərdinizmi? Onları göbələk sousu ilə parlaqlaşdıraraq çox zərif və ətirli bir yemək ortaya çıxara bilərsiniz. Evdar.az dadlı göbələk sousunda …

Görünüşü Və Dadı Ət Kotletindən Fərqlənməyən Ətsiz Kotlet

Görünüşü və dadı ət kotletindən fərqlənməyən, lakin tərkibində bir qram ət olmayan qeyri-adi kotlet. Evdar.az çox asan hazırlanan ətsiz kotletin reseptini təqdim edir. Tərkibi: 200 …

Arıqlamaq İstəyənlər Üçün Pəhriz Kotleti

Pəhriz kotleti yalnız dadlı deyil, həm də faydalı yeməkdir. Evdar.az arıqlamaq istəyənlər üçün yüngül və ləzzətli pəhriz kotletinin reseptini təqdim edir. Tərkibi: 600qr toyuq filesi …

Bol Vitaminli Noxud Kotleti

Noxud kotleti – müxtəlif vitaminlər və minerallarla zəngin bir yeməkdir. Bu, ət yeməyən insanlar üçün əvəzolunmaz bir qidadır. Noxudun tərkibində insan orqanizmində bir çox prosesdə …

Qeyd:
  • Yalnız evdə çəkilmiş ət istifadə edin.Yaxşı olar ki, 2 müxtəlif növ ət qarışdırasınız: mal əti, hinduşka əti, quzu əti.
  • Kotletə yumşaqlıq və xəfiflik vermək üçün ət qiyməsinə xırda doğranmış soğan əlavə edin. Əvvəlcədən soğanı azca qızartmaq arzu olnunandır.
  • Kotleti zərif etmək üçün təcrübəli ev xanımları ət qiyməsinə ağ çörək içi əlavə edirlər. Çörəyi hər hansı bir tərəvəzlərlə əvəz etməyi tövsiyyə edirik. Məsələn: kartof, kələm, yerkökü.
  • Təcrübəli evdar xanımlar ət qiyməsinə döyülmüş buz əlavə edir, tez qiyməni yoğurub, kotlet forması verib qızardırlar. Buz əriyən zaman onun yerində boşluq əmələ gəlir.Bu da kotletə əlavə olaraq həcm verir.
  • Kotletin orta hissəsinə kərə yağı qoyun, bu da kotletə yumşaqlıq verir.
  • Kotleti ərinmiş kərə yağında və ya bitki yağında bişirin. İlk öncə yüksək istilik üzərində. Qabıq əmələ gəldikdə ocağın altını azaldın. Kotletləri tez-tez çevirməyin.
  • İstəyə görə kotletləri çalınmış yumurta ağına bulaya bilərsiniz, onlar xüsusilə dadlı və yumşaq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.