1 Aya 5 Kq Arıqladan Kefirli Kokteyl

Yields: 1 Serving

Kefirin zəncəfil ilə birləşməsi nəinki orqanizmdəki əsas metabolik prosesləri yaxşılaşdırır, eyni zamanda aclıq hissini də azaldır. Arıqlamaq üçün zəncəfil və kefir ilə bir kokteyl hazırlamaq, nahar əvəzedicisi olaraq istifadə edilə bilər. Dietoloqlar kokteyldən mütəmadi qəbul etdikdə 1 aya 5 kq çəki itməsinə zəmanət verir. Evdar.az arıqladan kefirli kokteylin reseptini təqdim edir.

Tərkibi:

  • 200 ml kefir
  • 0,5 çay qaşığı darçın tozu
  • 0,5 çay qaşığı üyüdülmüş zəncəfil
  • 1 çimdik qırmızı pul bibər

Hazırlanma qaydası:

Kokteyli hazırlayacağınız qaba 200 ml kefir tökün. Üzərinə çimdik qırmızı pul bibər, darçın tozu və üyüdülmüş zəncəfil əlavə edin. Üyüdülmüş zəncəfil əvəzinə zəncəfil kökü istifadə edə bilərsiniz. Kokteyli blender və ya mikser köməyi ilə qarışdırın. Kokteyli yemək arası, yeməkdən əvvəl və yeməkdən sonra içə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.