1 Yumurtalı Şokoladlı Muffin

Yields: 1 Serving

Evdə olan 1 ədəd yumurtayla çayın yanına dadlı muffin hazırlaya bilərsiniz. Evdar.az şokoladlı maffinin  reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan un
  • 2 çay qaşığı qabartma tozu
  • yarım çay qaşığı soda
  • 3 xörək qaşığı kakao
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan damla şokolad
  • 250 ml süd
  • yarım stəkan duru yağ
  • 1 ədəd yumurta
  • 1 paket vanil
  • 12 ədəd kağız muffin keks qəlibi

Hazırlanma qaydası:

Bir qabda un, şəkər tozu, qabartma tozu, soda,vanil və kakao hamısını qarışdırın. Ayrı bir qabda yumurta, yağ və südü mikserlə çırpın. Quru məhlulları da əlavə edib yüngülcə qarışdırın. İçərisinə damla şokoladın yarısını əlavə edib yenidən qarışdırın. Muffin qəlibinə kağızları yerləşdirin.Hər bir keks qəlibinin 2/3-sini dolduracaq şəkildə xəmiri bölüşdürün. Qalan damla şokoladları da üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.