10 Dəqiqəyə Qırmızı Soğan Turşusu

Yields: 1 Serving

Qırmızı soğandan həm asan hazırlanan, həm də ləzzətli turşu hazırlaya bilərsiniz. Qırmızı soğan turşusunu buterbrodlar , ət yeməkləri kimi istədiyiniz hər yeməyin yanında süfrəyə verə bilərsiniz. Evdar.az 10 dəqiqəyə hazırlanan ləzzətli soğan turşusunun reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq qırmızı soğan
  • 1/2 çay qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı duz
  • 3/4 stəkan alma sirkəsi
  • zövqə görə 1 kiçik baş sarımsaq və ya mixək
  • 5 dənə istiot
  • kəklikotu
  • 1 kiçik qurudulmuş acı qırmızı bibər

Hazırlanma qaydası:

İlk öncə qırmızı soğanların qabığını soyub halqa şəklində doğrayın. Bir qaba 3 stəkan qaynar su tökün və halqa doğranmış soğanları, sarımsağı və ya mixəyi suyun içərisinə töküb kənarda saxlayın. Turşu hazırlayacağınız bankaya sirkə, duz və şəkər tozu töküb qarışdırın. Duz və şəkərin əriməsi üçün yaxşıca qarışdırın. Həmçinin bu qarışığa istədiyiniz ətiri əlavə edə bilərsiniz. Daha sonra qaynar suyun içində saxladığınız soğan, sarımsaq və mixəyi çıxarın. Yaxşıca süzdükdən sonra bankanın içinə yerləşdirin. Bütün ərzaqları bankanın içində qarışdırın və qapağını bağlayın. Qırmızı soğan turşusu hazırdır. Bu turşunu 1 həftə soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz. Qapağı açılmış turşunu soyuducuda saxlayın.

Qeyd: Turşuya çəhrayı bir rəng vermək üçün qırmızı soğandan istifadə edin. İstəsəniz digər soğanlarla da turşu edə bilərsiniz. Şəkər tozu istifadə etməyə də bilərsiniz. Zövqə görə şəkərin əvəzinə bal da istifadə etmək olar. Turşunun əsas ərzaqları soğan, sirkə,duz və şəkər tozudur. Ancaq turşunun ətirli olmağını istəyirsinizsə içərisinə sevdiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Məsələn, turşunun içinə sarımsaq, dəfnə yarpağı, kəklikotu, bibəriyə (rozmarin), portağal qabığı və ya mixək kimi ədviyyatlar ya otlar əlavə edə bilərsiniz. Zirə, darçın, acı istiot və təzə zəncəfil kimi ədviyyatlar da turşuya ləzzət verə bilər. Turşunu şüşə və ya keramik bir bankada etməyinizi təklif edirik. Çünki metal və ya plastik qablar sirkə ilə reaksiyaya keçərək turşunun dadını poza bilər.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.