15 Dəqiqəyə Tavada Xaçapuri

Yields: 1 Serving

Xəmir yoğurmadan, cəmi 15 dəqiqəyə asan və ləzzətli xaçapuri hazırlaya bilərsiniz. Evdar.az tavada xaçapuri reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan un (200 ml)
  • 1 stəkan süd (200 ml)
  • 1 ədəd yumurta
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • 300 qr suluquni pendiri (və ya arzu etdiyiniz pendir)

Hazırlanma qaydası:

İlk öncə bir qaba un və qabartma tozunu töküb qarışdırın. Üzərinə südü əlavə edib tel çırpıcıyla yaxşıca qarşdırın. Yumurtanı da əlavə edib çırpın. Pendiri rəndələyin və xəmirə əlavə edib qarışdırın. Diametri 28 sm olan tavaya 1 xörək qaşığı duru yağı töküb ocaqda isidin. Hazırladığınız pendirli xəmiri tavaya töküb bərabər şəkildə yayın. Tavanın qapağını örtüb zəif odda təxminən 5 dəqiqə bişirin. Tavanın qapağını açıb əlinizlə yoxlayın, əgər əlinizə yapışmrsa deməli çevirə bilərsiniz. Üzərini yağlayıb boşqab və ya tavanın qapağıyla tərs çevirib tavaya yerləşdirin. Qapağını örtüb 4-5 dəqiqə də digər tərəfini bişirin. Bişən xaçapurini boşqaba qoyub süfrəyə verin. İstəyə görə üzərini kərə yağıyla yağlayın. Dilimləyib nuş edə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.