15 Dəqiqəyə İnanılmaz Dadlı Göbələk Qızartması

Yields: 1 Serving

15 dəqiqəyə çox dadlı göbələk qızartması bişirə bilərsiniz. İtalyan otlarının inanılmaz aromasıyla birləşən göbələyi sınamağı tövsiyyə edirik. Evdar.az tez hazırlanan göbələk qızartmasının reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr şampinyon göbələyi
  • 1 xörək qaşığı italyan otları (ədviyyat qarışığı)
  • 3 diş sarımsaq
  • 2 xörək qaşığı soya sousu
  • 1 xörək qaşığı bitki yağı
  • mayonez

Hazırlanma qaydası:

İlk öncə salafan paketə şampinyon göbələyini tökün. Üzərinə xırdalanmış sarımsaq, italyan otları, soya sousu, bitki yağı və mayonez tökün. Salafan paketin üst hissəsini açılmasın deyə əlinizlə möhkəm tutub qarışdırın. Marinada bulanmış göbələkləri folqa kağızı sərilmiş soba sinisinə boşaldın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.