2 Dəqiqəyə Fincanda Pizza

Yields: 1 Serving

Evdə pizza hazırlamağı zəhmətli bir iş olaraq görürsünüzsə 2 dəqiqə fincanda hazırlamağı təklif edirik. Evdar.az asan hazırlanan fincanda pizzanın reseptini təqdim edir.

Tərkibi:

  • 4 xörək qaşığı un
  • 1/4 çay qaşığı duz
  • 1/4 çay qaşığı qabartma tozu
  • 1 çimdik soda
  • 3 xörək qaşığı süd
  • 1 xörək qaşığı duru yağ
  • 1 xörək qaşığı pomidor sousu
  • 1 təpələmə dolu xörək qaşığı rəndələnmiş mozarella pendiri
  • 5 dilim sosiska
  • 1/2 çay qaşığı ədiyyat (kəklikotu,nanə qurusu və s.)

Hazırlanma qaydası:

Mikrodalğalı sobaya dayanıqlı bir fincana un, duz, qabartma tozu və soda töküb qarışdırın. Üzərinə süd və maye yağ töküb çəngəllə yaxşıca çırpın. Hazır xəmirin üzərinə pomidor sousu töküb ehtiyyatla yayın. Daha sonra rəndələnmiş pendiri də töküb, sosiska dilimlərini düzün. Ədiyyat səpib mikrodalğalı sobada 1 dəqiqə 20 saniyə bişirin. Pizzanın üstündəki pendirdən qabarcıqlar yaranmağa başladıqda hazırdır deməkdir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.